Source: Meydan TV

"Azərbaycan koronavirusa qarşı mübarizəyə hazır deyil"

"Azərbaycan koronavirusa qarşı mübarizəyə hazır deyil"

Bakı küçələrində hər addımbaşı qoruyucu maska taxanlara rast gələ bilərsiz.

Dünya gündəmini zəbt edən koronavirus Azərbaycanın sərhədlərinəcən gəlib. Qonşu İranda bu virusdan ölənlərin sayı 15-ə çatıb.

Xəbər Azərbaycanda da panikaya səbəb olub. Apteklərdə isə vəziyyət ürək açan deyil. Bəzilərində qoruyucu maskaların qiyməti qalxıb, həmçinin onu indi tapmaq da çətinləşib.

Əczaçı Fuad Məmmədov deyir ki, depodan apteklərə maskalar limitlə verilir.

Tibb üzrə professor Adil Qeybulla deyir ki, dünya üzrə virusa 80 mindən çox adam yoluxub, 2 min 700 nəfər vəfat edib. İmmun sistemi güclü olan və önləyici tədbir görənlər üçün təhlükə görünmür.

Ölkədəki səhiyyə sistemi Azərbaycana ayaq açan koronavirusla mübarizə apara biləcəkmi? Ağciyər Xəstəlikləri İnstitutunda 2 ilə yaxın müddətdə araşdırma aparan hüquqşünas Samir Zeynalov bu müəssisənin adekvat olmadığını deyir.

Samir Zeynalov deyir ki, Azərbaycan koronavirusu ilə bağlı mübarizəyə hazır deyil. İnstitutda koronavirus müayinəsinin qiyməti də 100 manat təşkil edir.

 Nazirlər Kabinetinin məlumatına görə, fevralın 22-dən başlayaraq sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır. Əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti olaraq təxirə salmaq tövsiyə olunur.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ew9rr1

Most Viewed