DSX: Sərhəd mühafizə orqanlarının nümayəndələri müzakirə aparır (yenilənir)

Fransa prezidentinin bəyanatdan öncə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla telefonla danışdığı bildirilir.

Source: Спутник-Армения


17.05.

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Sunikdəki situasiyaya görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hazırkı sədri, Tacikistan Prezidenti İmamoli Rahmanova müraciət

edib

. Baş nazir müraciətində KTMT-nin Nizamnaməsinin 2-ci maddəsini əsas götürərək, quruma üzv ölkələrin təhlükəni aradan qaldırmaq üçün tədbirlər görməyə çağırıb.

KTMT-nin mətbuat katibi Vladimir Zainetdinov isə bildirib ki, hələ rəsmi Yerevan KTMT-yə müraciət

etməyib

.

***


16.28.


"Hazırda Azərbaycan və Ermənistan sərhəd mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır".


Bu açıqlamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Azərbaycan və Ermənistan sərhədində baş verənlər haqda məlumatında əks olunub.


DSX bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir:


"Son günlər bu istiqamətdə baş verənlərlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən rəsmi mövqe bildirilib. Hazırda Azərbaycan və Ermənistan sərhəd mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır".

***


16.03.


Mayın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı olub. XİN mətbuat xidmətinin yaydığı



məlumat



da tərəflərin bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan sərhədində baş verən gərginliklə bağlı fikir mübadiləsi apardıqları qeyd olunub:


"Bu kimi gərginliklərin diplomatik yolla və danışıqlar vasitəsilə həllinin vacibliyi vurğulandı. Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu deyib. O, sərhəddə yaşanan gərginliyin qısa müddət ərzində həlli üçün bir neçə saat ərzində Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin bölgəyə ezam edildiyini və qarşı tərəflə danışıqların aparıldığını həmsöhbətin diqqətinə çatdırdı".

***


15.11.


Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin hələ Sunikdə qaldığını bildirib.


Nazirliyin mətbuat xidmətinin yaydığı



məlumat



da deyilir ki, Azərbaycan tərəflə danışıqlarda buranın onların ərazisi olduğu, 1 metr də geri çəkilməyəcəkləri bildirilib.


Mayın 14-də Ermənistanın təhlükəsizlik katibi Armen Qriroryan rusiyalı həmkarı Nikolay Patruşevlə telefonla



danışıb



.


Danışığın əsas mövzusu Ermənistan-Azərbaycan sərhədində baş verənlər olduğu qeyd edilir.


“News.am” yazır ki, Armen Qriqoryan olayı Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzü kimi dəyərləndirib və bunun Yerevan üçün qəbuledilməz olduğunu söyləyib. O, Azərbaycan silahlı birləşmələrinin ərazini tərk etmələrinin vacibliyini vurğulayıb.


A.Qriqoryan deyib ki, Azərbaycanın iddiaları əsassızdır və Sovet dövründən qalma ərazilərin erməni mənşəyini əsaslandıran xəritələr var. Təhlükəsizlik katibi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsi məsələsinə toxunub və məsələnin ən qısa müddətdə həlli üçün təşkilat çərçivəsində lazımi mexanizmlərdən istifadə edilməsinin vacibliyini qeyd edib.


"Nikolay Patruşev bu məsələdə erməni tərəfinin təmkinini yüksək qiymətləndirdi və bunun həlli üçün bütün mümkün diplomatik səylərdən istifadə edilməsinin vacibliyini qeyd etdi. Rusiya tərəfinin bütün səviyyələrdə məsələni ən qısa müddətdə həll etmək üçün intensiv çalışdığını bildirdi",-deyə məlumatda vurğulanıb.

***

ABŞ Dövlət Departamenti tərəfləri təmkinli olmağa çağırdı, Makron Ermənistanın yanında olduğunu bəyan etdi

“Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Biz başa düşürük ki, tərəflər arasında kommunikasiya davam edir və onları gərginliyin sülh yolu ilə de-eskalasiyasına çağırırıq”.

Bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays “Twitter” hesabında paylaşıb. O, tərəfləri təmkinli olmağa çağırıb.

Mayın 12-də Azərbaycan silahlı qüvvələrinin Ermənistanın Sünik vilayətinə bir neçə kilometr irəliləməsi haqda xəbərlər yayılıb. Rəsmi Bakı baş verənləri sərhədlərin dəqiqləşdirilməsi kimi izah edərək, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi

nin mayın 13-də yaydığı bəyanatında Rəsmi Yerevanın etirazlarından təəccübləndiyi vurğulanır: "Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik".

Fransa prezidenti Emmanuel Makron da Ermənistan-Azərbaycan sərhədində baş verənlərə “Facebook” hesabından reaksiya verib:

"Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm, Fransa sizinlədir və belə də qalacaq".

E.Makron fikirlərini ermənicə paylaşıb.

185692972_3618987741538776_4586325904923665625_n.jpg
E.Makronun açıqlaması

Fransa prezidentinin bəyanatdan öncə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla telefonla danışdığı bildirilir.

Makronun idarəsinin bəyanatında deyilir ki, prezident BMT-nin Təhlükəsizlik Şurasının “regionda sabitlik və təhlükəsizliyin bərpasına” kömək edə biləcəyini vurğulayıb.

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin telefonla danışıblar. "Sputnik Armeniya"nın

məlumat

ına görə, tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti də müzakirə ediblər. Rusiya prezidenti atəşkəsin ciddi şəkildə yerinə yetirilməli olduğunu söyləyib.

Ana səhifəSiyasətDSX: Sərhəd mühafizə orqanlarının nümayəndələri müzakirə aparır (yenilənir)