Aleksandr İşein

Source: Ria novosti

Caption: Aleksandr İşein

Azərbaycan arxiyepiskopu vəfat edib

Aleksandr İşein uzun müddət xəstəlikdən əziyyət çəkib

Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr (İşein) iyunun 11-də vəfat edib.

Məlumatı Rus Pravoslav Kilsəsinin saytı yayıb.

“İyunun 10-da Azərbaycan Respublikasının dahi din xadimi, Bakı və Azərbaycan yeparxiyasının birinci yepiskopu, Azərbaycanda pravoslavlığı qoruyub saxlayan və möhkəmləndirən Aleksandr uzunmüddətli və ağır xəstəlikdən sonra 69 yaşında vəfat edib”, - deyə məlumatda bildirilir.

Arxiyepiskopun xəstəliyi barədə məlumat verilmir.

1995-ci ildən o, Bakıda kafedral kilsənin baş keşişi idi. Rus Pravoslav Kilsəsinin müqəddəs sinodu 28 dekabr 1998-ci il tarixində onu Bakı və Xəzər bölgəsinin yepiskopu seçib (sonradan yeparxiya sərhədlərinin dəyişdirilməsi ilə əlaqədar titulu “Bakı və Azərbaycan yepiskopu” olaraq dəyişdirilib). 2012-ci il iyulun 18-də yepiskop Aleksandr arxiyepiskop rütbəsinə yüksəlib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/l358cq

Most Viewed