Azərbaycan 3 hərbi əsiri Ermənistana qaytarıb

Vətəninə qaytarılmış hərbi əsirlərin “Təcili yardım” maşınlarına yerləşdirildiyi bildirilir

Source: reuters


Vətəninə qaytarılmış hərbi əsirlərin “Təcili yardım” maşınlarına yerləşdirildiyi bildirilir

Azərbaycanın

Ermənistandan

olan üç hərbi əsiri geri qaytardığı bildirilir.

“Sputnik Armenia”

yazır

ki, əsirlərin qaytarıldığı təyyarə Yerevanın Erebuni Hava Limanında yerə enib. Robert Vardanyan, Samvel Şuxyan, Seyran Tamrazyan Ermənistana qayıdıb.

Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın mətbuat xidməti də məlumat paylaşıb.

Sayt yazır ki, vətəninə qaytarılmış hərbi əsirləri dərhal “Təcili yardım” maşınlarına yerləşdiriblər. İlkin informasiyaya görə, onları hərbi hospitala aparıblar.

Üç hərbi əsirin Yerevana qaytarılması barədə daha əvvəl Azərbaycana məxsus “

caliber

.az” saytı da məlumat yaymışdı. Rəsmi təsdiqi olmayan həmin xəbərdə bildirilir ki, hərbi əsirlər Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovun müşayiəti ilə Bakı-Yerevan hərbi təyyarəsi ilə yola salınıb.

Avropa İnsan Haqları Məhkəməsi daha əvvəl erməni vəkillərinin əsir düşmüş ermənilərin müdafiəsi üzrə ərizəsini təmin edib. AİHM adıçəkilən üç şəxsdən Samvel Şuxyan və Seyran Tamrazyanla bağlı aralıq qərar alıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ermənistan Səhiyyə Nazirliyi bildirir ki, hələ də kimliyi müəyyən edilməyən yüzlərlə hərbçi var. Müharibədə 1600 nəfər itkin düşüb, 8300 nəfər yaralı var.

Ancaq müharibədə hər iki tərəfdən təxminən 5600-dən çox adamın öldüyü təxmin

edilir

.

Ana səhifəXəbərlərAzərbaycan 3 hərbi əsiri Ermənistana qaytarıb