Avropa Məhkəməsi Səid Dadaşbəyliyə görə hökuməti cərimələdi

Avropa Məhkəməsi maddi ziyanla bağlı hissəni ümumiyyətlə, təmin etməyib.

Source: Specify Source


Keçmiş məhbusa mənəvi ziyana görə kompensasiya ödəniləcək

Avropa İnsan Hüquqları Məhkəməsi 13 il 6 ay həbsdə saxlanmış Səid Dadaşbəylinin şikayəti üzrə qərar çıxarıb. Dekabrın 3-də elan olunan qərara əsasən, bu işdə Avropa Konvensiyasının ədalətli mühakimə hüququna təminat verilən 6-cı maddəsinin 1-ci bəndinin pozulduğu təsdiqlənib. Avropa Məhkəməsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Səid Dadaşbəyli və digərlərinin işinə baxılarkən məhkəmənin açıqlığı prinsiöinin pozulduğu qənaətinə gəlib. Bu pozuntuya görə mənəvi ziyanın əvəzi kimi, Səid Dadaşbəyliyə 3600 avro kompensasiya ödənilməsinə qərar verilib.

Avropa Məhkəməsində bu iş üzrə Səid Dadaşbəylinin hüquqlarını alman vəkil müdafiə edib. Şikayətdə maddi ziyanın əvəzi (vəkil xərci və s.) olaraq, 12 min, mənəvi ziyana görə isə 30 min avro təzminat tələbi qoyulmuşdu. Avropa Məhkəməsi maddi ziyanla bağlı hissəni ümumiyyətlə, təmin etməyib.

Səid Dadaşbəyli 2007-ci ildə digər şəxslərlə birlikdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 278 (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə ittiham irəli sürülüb.

Səid Dadaşbəyli ittihamları qəbul etməyib, özünü təqsirli bilməyib.

Yerli və beynəlxalq insan haqları təşkilatları da onun siyasi motivlərlə həbs olunduğu qənaətinə gəlib.

Ana səhifəSiyasətAvropa Məhkəməsi Səid Dadaşbəyliyə görə hökuməti cərimələdi