Source: Arxiv

Avropa Məhkəməsi erməni hərbi əsirlərinin təhlükəsizliyinin təminatını tələb edib

Məqalə "Kavkazskiy Uzel" saytında dərc olunub.

Avropa İnsan Haqları Məhkəməsi erməni əsirləri Areqa Sarqsyan və Narek Amircanyanın yaşamaq və sağlamlıq haqlarının təminatını Azərbaycan hakimiyyətinin üzərinə öhdəlik kimi qoyub.

Oktyabrın 11-də bir qrup vəkil hərbi əsirlərin ailəsinin adından Avropa Məhkəməsinə Azərbaycana qarşı təxirəsalınmaz ölçülərin götürülməsi barədə müraciət edib. Vəkillər Qırmızı Xaçın himayəsi altında hərbi əsirlərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi haqda Moskva razılaşmasına uyğun olaraq, Azərbaycan hakimiyyətinin beynəlxalq humanitar hüquq normalarına əməl etməsini tələb edib. Bundan başqa, hüquqşünaslar hərbi əsirlərin həyat və sağlamlığının müdafiəsi üçün ölçü götürülməsini tələb ediblər. Avropa İnsan Haqları Məhkəməsi erməni vəkillərin vəsatətini təmin edib və erməni əsirləri Areqa Sarqsyan və Narek Amircanyanın yaşamaq və sağlamlıq haqlarının təminatının öhdəliyini Azərbaycanın üzərinə qoyub. Bu barədə hərbi əsirlərin maraqlarını müdafiə edən hüquq müdafiəçisi Artak Zeynalyan “Facebook” hesabında paylaşım edib.

O həmçinin yazıb ki, Avropa Məhkəməsinə növbəti iddia qaldırılıb və erməni hərbi əsirlərinə qarşı hərbi cinayətlərin sübutları təqdim olunub. “Kavkazski uzel” həmçinin yazıb ki, oktyabrın 15-də Ermənistanın ombudsmanı hakimiyyətin əlində erməni hərbi əsirlərinə qəddarcasına divan tutulduğunu sübut edən video və foto materiallar var.

“Videoçarx səhnələşdirilib və sosial şəbəkələrdə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün yayılır”, - Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib. Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar sentyabrın 27-i başlayıb. Hazırkı eskalasiya öncəkilərdən qarşıdurmaların bütün cəbhə xətti boyu baş verməsi ilə fərqlənir. “Oktyabrın 10-dan atəşkəs barədə razılaşma qüvvəyə minib, lakin gerçəkdə həm cəbhədəki döyüşlər, həm də yaşayış məntəqələrinin atəşə tutulması davam edib”, - “Kavkazski uzel”in “Qarabağ: münaqişənin eskalasiyası və ya yeni müharibə?” adlı məqaləsində yazılıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/40a7jq

Most Viewed