Source: google

Avropa İttifaqı Navalnının zəhərlənməsinə görə sanksiya tətbiqinə razılıq verib

Fransa və Almaniya bəzi insanlara qarşı sanksiya tətbiq edilməsini təklif edir

Avropa İttifaqının (Aİ) Xarici işlər nazirləri bazar ertəsi günü Kremlin tənqidçisi Aleksey Navalnının “Noviçok” sinir maddəsi ilə zəhərlənməsində şübhəli bilinən şəxslərə qarşı sanksiyalar tətbiq etmək üçün hazırlanmış Fransa-Almaniya planını dəstəklədiklərini deyiblər, - “Reuters” xəbər verir.

Berlin və Paris təkliflərini Aİ Xarici işlər nazirlərinin Lüksemburqdakı toplantısında irəli sürüb. Onlar Moskvadan Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (OPCW) Navalnının bədənində Sovet dövründən qalma və qadağan olunmuş “Noviçok”un aşkar edilməsinə dair açıqlamasına ağlabatan izahat ala bilmədiklərini deyiblər.

Almaniyanın Xarici işlər naziri Hayko (Heiko) Maas bazar ertəsi günü jurnalistlərə zəhərlənmənin “nəticəsiz qalmayacağını” deyib.

“Fransa və Almaniya bu baxımdan bəzi insanlara qarşı sanksiya tətbiq edilməsini təklif edir”, - Maas təfərrüatlara varmadan deyib.

Aİ diplomatları “Reuters”-ə bildiriblər ki, qurumun 27 xarici işlər naziri arasında Rusiyanın GRU hərbi kəşfiyyatının bir neçə məmurunun əmlakının dondurulması və onlara səyahət qadağası qoyulmasına dair təkliflərə dəstək olub.

Sanksiyaların dərhal təsdiqlənməsi gözlənilmir. Belə ki, hüquqi mətnlər 27 Aİ ölkəsinin mütəxəssisləri tərəfindən hazırlanmalı və tənzimlənməlidir.

Navalnı 20 avqust tarixində Sibirdən uçuşa başlamış təyyarədə özünü pis hiss etdikdən sonra müalicə üçün Berlinə aparılıb. Ondan alınan qan nümunələrində qadağan olunmuş “Noviçok” maddəsinə rast gəlinib- , OPCW keçən həftə bildirib.

Qərb hökumətləri və NATO Rusiyanın istintaqlarda kömək etməli olduğunu, əks halda nəticələrə hazır olmalı olduğunu deyib. Moskva Navalnının zəhərlənməsində iştirakını inkar edir.

Aİ-nin iki əsas gücünün sanksiyalarla irəliləməyə razılıq verməsi blokun Moskvaya qarşı diplomatiyasının sərtləşməsindən xəbər verir. Bu, 2018 ci ildən - İngiltərədəki keçmiş rus casusunun sinir maddəsi ilə zəhərlənməsindən sonra Aİ-nin Rusiya vətəndaşlarına qarşı sanksiya tətbiq etməsi təxminən bir il çəkib – fərqlənir.

Rusiya ilə sıx əlaqələrə meylli olan Avstriyanın Xarici işlər naziri Aleksander Şallenberg Moskvanın zəhərlənmə ilə bağlı şübhələri aradan qaldırmadığını və bu səbəbdən iqtisadi maraqların kölgəyə düşməli olduğunu deyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/vntxx9

Most Viewed