Mət Hənkok

Source: arxiv

Caption: Mət Hənkok

Avropa artmaqda olan COVID-19 pandemiyasına qarşı tədbirlərə hazırlaşır

Yeni peyvənd həm yaşlılarda, həm də gənclərdə immunitet reaksiyalarına müsbət cavab verib

Avropa liderləri artmaqda olan COVID-19 pandemiyasının daha da yayılmasının qarşısını almaq üçün yeni məhdudiyyətlər tətbiq etməyi planlayır.

“Reuters” rəsmilərin əhalini qarşıdakı çətin aylarla bağlı xəbərdar etdiyini bildirir.

Agentlik həmçinin bildirib ki, Oxford Universiteti və “AstraZeneca Plc” tərəfindən istehsal edilən peyvənd həm yaşlılarda, həm də gənclərdə immunitet reaksiyalarına müsbət cavab verib.

Buna baxmayaraq İngilis Səhiyyə Katibi Mət Hənkok (Matt Hancock) peyvəndin gələn ilə qədər əldə edilməyəcəyini vurğulayıb.

Fransa başda olmaqla artıq Avropada bir sıra ölkələrdə xəstəliyin yayılmasının rekord həddi qeydə alınıb. Bazar günü Fransada ilk dəfə 50,000-dən çox gündəlik yoluxma halı qeydə alınıb. Ümumilikdə qitədə xəstəlikdən ölənlərin sayı 250,000-i keçib.

“Hökumətlər ilin əvvəlində iqtisadiyyatları bahasına başa gəlsə də, təcrid tədbirlərini həyata keçirərək xəstəliyin qarşısını almağa çalışmışdılar. Yeni yoluxma hallarının artması eyni tədbirlərə dönüşün mümkünlüyünü artırır”, “Reuters” bildirib.

Almaniya Kansleri Angela Merkel Xristian Demokrat Partiyası liderlərinin görüşündə pandemiyayla bağlı qarşıda çox çətin ayların olduğunu deyib, - “Bild” xəbər verib.

Almaniya Avropadakı digər ölkələrlə müqayisədə nisbətən yaxşı nəticələr əldə etsə də, rəsmi Berlin də yoluxma hallarının kəskin artımını müşahidə edir.

Yoluxma hallarının artması neftin qiymətinə təsir edərək maliyyə bazarlarındakı vəziyyəti də ağırlaşdırıb.

Bir milyondan çox yoluxma halı qeydə alan İspaniyanın Baş naziri Pedro Sançez (Sanches) ölkəsindəki vəziyyəti ekstrim adlandıraraq bazar günü yeni fövqəladə vəziyyət elan edib. İspaniyada bölgələr arasında səyahət qadağan edilib.

Mart ayında böhranın ilk mərhələsində ən çox zərbə alan ölkə olan İtaliyada da restoranlar və barlar axşam saat 6-dan etibarən bağlanacaq. Ölkədə kinoteatrlar, idman salonlarının istifadəsi qadağan olunacaq. Bəzi bölgələrdə yerli komendant saatı tətbiq ediləcək.

Digər Avropa ölkələrində olduğu kimi İspaniya və İtaliyada da bu tipli təcrid tədbirləri bir qrup nümayişçilərin etirazları ilə qarşılanıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/qbnc5p

Most Viewed