Ata oğlunun azadlığından əvvəl öləcəyindən qorxur

Source: Meydan.TV

Caption: Ata oğlunun azadlığından əvvəl öləcəyindən qorxur

Ata oğlunun azadlığından əvvəl öləcəyindən qorxur

Article was updated on :  13 April 2019

Ata oğlunun azadlığından əvvəl öləcəyindən qorxur

Azad Həsənov mühacir kimi yaşadığı Litvadan Bakıya gələndə bileti birtərəfli almışdı. Həbs olunacağını gözləyirdi deyə geri dönüş biletin almayıb. 4 ildir yaşadığı Litvadan onu Bakıya gətirən səbəb atasının ölümcül vəziyyətdə olması idi. Anasının dəfnində iştirak edə bilməyən Azad Həsənov bu dəfə atası vəfat edəcəyi halda yanında olmaq istəyirdi. Atası onkoloji xəstəlikdən və şəkərli diabetdən əziyyət çəkir.

O, Bakıya gəldiyi günün axşamı həbs edilib. 2018-ci il oktyabrın 10-da. Ona qarşı Cinayət Məcəlləsinin satış məqsədilə külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama maddəsi ilə ittiham irəli sürülüb. Bu ittihamla onu 5 ildən 12 ilə qədər həbs gözləyir. Ailəsi deyir ki, Azad Həsənov Müsavat partiyasının üzvü olduğuna, vaxtı ilə ölkədə və daha sonra xaricdə təşkil olunan mitinqlərdə iştirak etdiyinə görə həbs edilib.

Azad Həsənovun yoldaşı Təranə Həsənova 6 yaşlı oğlu ilə birlikdə Litvada qalıb, həftədə bir dəfə, 15 dəqiqə yoldaşı ilə telefonla danışır. Sonuncu danışıqlarında gözünün ağrıdığını deyib. Azad Həsənov üçüncü qrup əlildir, bir gözü görmür.

Atası deyir, Azadı görmədən ölməyə razı idi, təki azadlıqda, ailəsinin yanında olduğunu bilərdi. Oğlunun Bakıya gəldiyini ona xəbər verməyiblər. Elə həbs olunduğunu da bir neçə ay gizlədiblər. Onun indi bircə arzusu var, Azad azadlığa çıxmadan gözlərini əbədi yummasın.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  13 April 2019
Featured in:  
Shortlink:   http://mtv.re/cxxr7b

Most Viewed