Ata Abdullayev

Source: Meydan.TV

Caption: Ata Abdullayev

Ata Abdullayev məhkəmə qarşısına çıxarılır

Zərərçəkənlərdən biri icra nümayəndəsidir

Sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini dəstəkləyən paylaşımları və qalmaqallarla tanınan vloger Ata Abdullayevin işi üzrə istintaq başa çatıb.

Onun haqqındakı cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Yaxın günlərdə məhkəmədə hakim Fikrət Qəribovun sədrliyilə bu iş üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Bu il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur.

Onun işində dörd nəfər zərərçəkmiş qismində tanınıb: Elmar Əliyev, Cəmil Babayev, Elçin Əliyev və Şahlar Həsənov.

Ata Abdullayevin adları çəkilən şəxsləri onlar haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib, bunu etməmək üçün onlardan pul tələb etdiyi iddia olunur.

Zərərçəkmişlərdən Şahlar Həsənov Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır üzrə nümayəndəsidir.

Ata Abdullayev bir neçə il əvvəl də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunmuşdu.

O zaman onlayn qaydada kartlardan oğurluqda təqsirləndirilən Ata Abdullayevə sonradan məhkəmənin hökmü ilə şərti cəza verilmişdi.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/01yc70

Most Viewed