qanvermə kampaniyası

Source: Foto: arxiv

Caption: qanvermə kampaniyası

Aşura günü qan verənlərdən 169 nəfərində virus aşkarlanıb

“HİV1/2 (İİV - İnsanda İmmunçatışmazlığı Virusu) virusu aşkarlanmayıb”

Bu il sentyabrın 10-da Aşura günü qanvermə kampaniyası çərçivəsində qan vermiş 169 nəfərdə virus aşkar olunub. Onlardan 44 nəfərində hepatit B, 76 nəfərində hepatit C, 49 nəfərində isə sifilis aşkar olunub.

Azadlıq Radiosunun məlumatına görə, bunu Səhiyyə Nazirliyindən bildiriblər.

“HİV1/2 (İİV - İnsanda İmmunçatışmazlığı Virusu) virusu aşkarlanmayıb. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib”, - nazirliyin məlumatında bildirilir.

Hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edir.

Aşura günü ilə əlaqədar Azərbaycanda bir neçə illərdir ki, könüllü qanvermə kampaniyası keçirilir. Səhiyyə Nazirliyinin məlumatına görə, bu il bu aksiyalarda 5809 nəfər iştirak edib. Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/07zjfv

Most Viewed