Source: Meydan TV

''Arqument.az'' saytına giriş bloklanıb

Baş redaktor: “Bloklanmadan sonra DDOS hücumlar edilərək saytın bazası zədələnib”

Aprelin 8-dən etibarən müstəqil media orqanı olan “arqument.az” saytına giriş məhdudlaşdırılıb.

Bu barədə saytın baş redaktoru Şəmşad Ağa məlumat yayıb.

Baş redaktorun sözlərinə görə, artıq sayta vpn-lə də giriş mümkün deyil və bloklanmadan sonra DDOS hücumlar edilərək saytın bazası zədələnib.

Şəmşad Ağa deyir ki, bununla bağlı ona xəbərdarlıq olunmayıb, heç bir məhkəmə qərarı yoxdur.

Bloklanmanın konkret hansı səbəblə olduğu da ona məlum deyil:

"Aprelin 8-də axşam saatlarında sayta vpn-lə girmək mümkün idi. Bu gün səhər saatlarında ddos hücum təşkil edildi, saytın bazasına müdaxilə olundu. Hazırda saytın fəaliyyəti dayandırılıb".

“Arqument.az” saytı ikinci dəfədir bloklanır.

2018-ci ilin avqustunda saytda yayımlanan 2 yazıya görə məhkəmə onu ölkə ərazisində bloklamışdı.

Hələ o vaxt saytın rəhbəri deyirdi ki, hər iki material başqa saytdan götürülüb, istinadla verilib, üstəlik, yazıda bütün tərəflərin fikirləri də əks olunub.

Bundan sonra Apelyasiya Məhkəməsinin qərarı ilə saytın fəaliyyəti bərpa olundu.

Ümumiyyətlə, son illərdə meydan.tv, azadliq.org, azadliq.info, azerbaycansaati.tv, criminal.az, bastainfo.com, abzas.net, arqument.az, az24saat.org, xural.com, anaxeber.az, monitortv.info saytları bloklanıb.

2017-ci ilin mayın 12-də Səbail Rayon Məhkəməsinin qərarıyla Azadlıq Radiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, Meydan TV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/b06icf

Most Viewed