Almaniyada ilk “quş qripi” qeydə alınıb

Ehtimal olunur ki, virus Şərqi Asiyadan köç edən quşlar vasitəsilə Avropaya gəlib

Source: arxiv


Ehtimal olunur ki, virus Şərqi Asiyadan köç edən quşlar vasitəsilə Avropaya gəlib

Almaniyada bu qışın ilk quş qripi hadisəsi ölkənin Polşa sərhəddi yaxınlığında qeydə alınıb. “Deutche Welle” xəbər verir ki, aşkar edilmiş xəstəlik Şərqi Avropada artıq həyəcana səbəb olub.

2017-ci ildə Almaniyada yarım milyon quş kəsilməli olub.

“Ölkəyə “quş qripi” keçən qışdan bəri ilk dəfə olaraq qayıdıb”, – alman yayım orqanı NDR bazarertəsi xəbər verib.

Almaniyanın Polşa sərhədinə yaxın ərazidə, Brandenburg əyalətində bəyaz alınlı vəhşi qaz sürüsü müəyyən edilib. Virus bu yaxınlarda Şərqi Avropanın bəzi yerlərində də aşkar olunub. Ancaq bu, Almaniyada bu mövsüm təsdiqlənmiş ilk haldır.

Yüksək yoluxucu virus olan “quş qripi” çox tez yayılmağa meyllidir. Təkcə yanvar ayında Rumıniya, Belarusiya, Macarıstan və Polşada on minlərlə quş kəsilib. Slovakiyada və Çexiyada əlavə hallar da qeydə alınıb.

Virus dekabr və yanvar aylarında quş populyasiyalarına yoluxub.

Ehtimal olunur ki, virus Şərqi Asiyadan köç edən quşlar vasitəsilə Avropaya gəlib. Xəbər Çində onlarla insanın pnevmaniya virusuna bənzər virus tərəfindən yoluxmasıyla eyni zamana təsadüf edir.

“The Friedrich Loeffler” İnstitutu 2017-ci ilin yoluxmasını Avropada ən təhlükəli epidemiyası olaraq təyin edib. “Quş qripi” normal şəkildə insanlara sirayət etmir, lakin 2017-ci ildə Almaniyada əsasən quş bazarlarında olmuş insanlarla bağlı bir çox hallara rast gəlinib.

Ana səhifəDünyaAlmaniyada ilk “quş qripi” qeydə alınıb