Source: WR

Alman polisi şübhəli bilinən “islamçılar”a basqın edib

Berlindəki prokurorluq şübhəlilərin gələcəkdə “islamçı” hücum üçün yerlər müəyyənləşdirdiyinə inandıqlarını deyib. “Deutsche Welle” xəbər verir ki, indiyə qədər toplanmış sübutlar hər hansı bir konkret hücum planının olduğunu göstərmir.

“Bu gün edilən axtarış onların əsl motivləri ilə bağlı aydınlıq gətirməyə kömək etməlidir”,- Berlin rəsmiləri bildirib.

Polis çərşənbə axşamı səhər saatlarında Almaniyanın dörd əyalətində yerləşən obyektlərdə reydlər keçirərək, “dövlət üçün təhlükə yaradan ciddi zorakı plan hazırladığı” güman edilən şübhəli islamçıları hədəf alıb.

Berlindəki prokurorlar şübhəlilərin çeçen əsilli olduqlarını deyib.

Reyd paytaxt Berlində, həmçinin Brandenburq və Türingiyanın şərq əyalətlərində və Şimali Reyn-Vestfaliya əyalətində həyata keçirilib.

Şübhəlilərin 23 -28 yaş arasında olduğu bildirilir. Basqından sonra edilmiş açıqlamada neçə nəfərin polis tərəfindən tutulduğu və ya dindirildiyi bildirilməyib.

180-ə yaxın zabitin iştirak etdiyi reydlərdə pul, bıçaq və məlumat saxlama cihazları toplanıb.

Polis yoxlaması zamanı dayandırılan bir nəfərin əl telefonunda şübhəli şəkillər aşkar edildikdən sonra reydlərin həyata keçirildiyi bildirilir.

Almaniyada sığınacaq müraciəti rədd edilmiş şəxsin 2016-cı ilin dekabrında Berlindəki Milad bazarına yük maşını ilə girərək, 12 nəfərin ölümünə səbəb olduqdan sonra Almaniya hakimiyyəti həssasiyyəti artırıb.

Hadisədən bəri alman rəsmiləri radikal islamçı motivlərə sahib olduğu düşünülən 9 hücumun qarşısını aldığını deyirlər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/z0192r

Most Viewed