Partlayış olan ərazi

Source: Foto: https://www.mz-web.de/

Caption: Partlayış olan ərazi

Alman mədənində partlama baş verib

700 metrlik dərinlikdə qalan insanlar xilas olunub

Almaniyanın şərqində yerləşən mədəndə partlayış baş verib. Noyabrın 8-də baş vermiş partlayışın ardından mədənin təxminən 30-a yaxın heyəti 700 metr dərinlikdə tıxanıb qaldıqdan sonra xilas ediliblər, - “Reuters” xəbər verir.

Yerli televiziya MDR xəbər verir ki, yanğınsöndürənlər xilasetmə əməliyyatı aparıblar. Qısa müddət sonra yerli polis “twitter” hesabında qeyd edib: “Bütün şəxsi heyət xilas edilib”.

“Mitteldeutsche Zeitung” saytının məlumatına görə, mədən işçilərindən biri ağır yaralanıb.

Yeraltında olan heyət Berlindən təqribən 150 km cənub-qərbdə yerləşən Toyçentaldakı (Teutschenthal) mədəninin təhlükəsiz hissəsinə sığınaraq oksigenlə təmin olunublar.

Dağ-mədən idarəsi deyib ki, yerin altında qalmış işçilərin toxunulmaz qalmış quyu vasitəsilə çıxarılması mümkün olub.

Halle şəhərinin yaxınlığında yerləşən mədən 1982-ci ildə bağlanıb, lakin başqa yerlərdən gələn mədən tullantılarının toplanması üçün istifadə edilir. Sahədə 100-ə yaxın insan işləyir.

Keçən ay Halle şəhərində iki nəfər sinaqoqun yaxınlığında baş vermiş antisemitik hücum nəticəsində öldürülmüşdü.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/dh9il4

Most Viewed