Akademik Opera və Balet Teatrında iki tamaşa göstəriləcək

Sentyabrın 24-də isə italyalı bəstəkar Cüzeppe Verdinin “Traviata” operasının tamaşası təqdim ediləcək.

Source: Specify Source


Tamaşaçılar zala pandemiya qaydalarına uyğun olaraq buraxılacaq

Sentyabrın 18-də bəstəkar Üzeyir Hacıbəylinin doğum günündə ənənəvi XIII Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq.

Tədbir çərçivəsində ölkədə bir sıra konsert proqramlarının nümayişi olacaq. Bu münasibətlə Akademik Opera və Balet Teatrında iki opera tamaşası keçiriləcək.

Teatrın Mətbuat Xidmətindən Meydan TV-yə verilən məlumata əsasən, sentyabrın 21-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası göstəriləcək.

Tamaşada əsas partiyaları Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa edəcəklər.

Digər partiyalarda Əməkdar artistlər Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nofəl) və başqaları olacaq.

Sentyabrın 24-də isə italyalı bəstəkar Cüzeppe Verdinin “Traviata” operasının tamaşası təqdim ediləcək.

Tamaşada baş rolu – Violetta partiyasını ifa etmək üçün polşalı müğənni, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İvona Sobotka dəvət olunub.

Onun tərəf müqabili kimi Alfred partiyasını Xalq artisti Samir Cəfərov ifa edəcək.

Tamaşada həmçinin Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Səbinə Vahabzadə (Flora), Tural Ağasıyev (Qaston), gənc solistlər Nina Makarova (Anina) və Mahir Tağızadə (Baron) oynayacaqlar.

Opera tamaşasını Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

Tamaşaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirusla mübarizəyə qarşı müəyyən etdiyi qaydalara uyğun olaraq zala buraxılacaqlar.

Ana səhifəMədəniyyətAkademik Opera və Balet Teatrında iki tamaşa göstəriləcək