“Axınla aşağı”

Source: Foto: Meydan TV

Caption: “Axınla aşağı”

Ailə faciəsini əks etdirən Azərbaycan filmi beynəlxalq tədbirdə nümayiş olunacaq

Yerli kino estetlərinin fikrincə, “Axınla aşağı” mövzu aktuallığı və novatorluğu baxımından fövqəladə bir ekran işidir.

Rejissor Asif Rüstəmovun ilk tammetrajlı filmi “Axınla aşağı” Azərbaycanı növbəti beynəlxalq tədbirdə təmsil edir.

Ekran işi dekabrın 17-dən 19-dək İstanbulda keçirilən II Türk Dünyası Filmləri Həftəsində nümayiş olunacaq.

Rejissor “Axınla aşağı”da statistik kriminal xəbərin bədii həllini təklif edərək, aktual problemə toxunub. Sosioloji-psixoloji filmdə mövcud patriarxal cəmiyyətdəki ailə faciəsini görmək olur.

Hadisələr əyalət şəhərində baş verir. Əli avarçəkmə müəllimidir. O, özünü daxilən tənha hiss edir. Əli xoşbəxtliyi ailəsində deyil, başqalarında axtaran, zəif iradə sahibi və qərarsız biridir. Buna görə də nə həyat yoldaşı, nə də ki, yeniyetmə oğlu ilə yola gedir.

Əlinin oğlu ilə problemləri də filmin əsas mövsuzlarından biridir. İlk səhnədə o, oğlunu digərlərinin yanında təhqir edərək, “Başqalarının yanında mənə ata demə”, - deyə onu alçaldır. Ata oğlunu avarçəkənlərin kapitanı etsə də, idman yarışlarına az qalmış təyinatını dəyişir. Bu hadisədən sarsıntı keçirən oğlan özünü çaya atır.

Yerli kino estetlərinin fikrincə, “Axınla aşağı” mövzu aktuallığı və novatorluğu baxımından fövqəladə bir ekran işidir.

Filmdə xalq artistləri Mehriban Zəki, Süleymanlı, əməkdar artistlər Pərviz Bağırov, Teymur Məmmədov, Gülşad Baxşıyeva, Azərbaycan teatr rejissoru Namiq Ağayev və başqaları çəkiliblər.

Türk Dünyası Jurnalistlər Federasiyası, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşan film həftəsi çərçivəsində Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və başqa ölkələrin filmləri nümayiş olunacaq.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/2bemai

Most Viewed