Source: Meydan.TV

Aİ-95 markalı benzinin qiyməti yenə artdı

“Məhsulun alış qiymətinin artması satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”

İyulun son günü Azərbaycanda Aİ-95 ("Premium") markalı avtomobil benzininin qiyməti 5 qəpik bahalaşıb. Belə ki, Aİ-95 benzininin qiyməti 1,40 manatdan 1,45 manatadək artıb.

Bu barədə oxu.az saytına danışan “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli qiymət artımının əsas səbəbini məhsulun idxal dəyərinin artmasıyla əlaqələndirib:

“Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”.

İqtisadçı Natiq Cəfərli qiymət artımını Azərbaycanın Aİ-95 markalı benzin istehsal etməməsiylə bağlayıb:

"Niyə istehsal edilmir, çünki hökumət zamanında doğru qərarlar verə bilmir. Vaxtında müasir neftayırma zavodu tikilmədi ki, məmləkət həm daxili bazara məhsul çıxartsın, həm də xam neft ixrac etməkdınsə neft məhsulları ixrac edib, xam neftdən, azı 3-4 dəfə çox pul qazansın.

Aİ-95 markalı benzinin qiymətini dövlət tənzimləmir, güya, bazar qaydaları ilə qiymət formalaşmalı idi, yəni, kim istəsə, hardan istəsə Aİ-95 gətirib sata bilməli idi. Amma nə baş verdi?! Sadəcə, söz oyunu oldu - Tarif Şurası bu marka ilə bağlı qərar vermir, amma Aİ-95 markalı benzini ölkəyə gətirən tək inhisarçı qurum olan SOCAR-ın törəmə şirkəti istədiyi zaman qiyməti qaldırmaq hüququ əldə edir. Qiymət indi SOCAR-dan asılıdır, sabah istəsələr 2 manat da elan edərlər".

Sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1 manat 40 qəpik olmuşdu.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/3h415j

Most Viewed