"İcra məsələni təyinatı üzrə bələdiyyəyə yönəldib"

Source: meydan tv

Caption: "İcra məsələni təyinatı üzrə bələdiyyəyə yönəldib"

Ağsu sakinlərinin zibillik problemi

500 ailəlik məhəllə zibil qablarının yoxluğundan əziyyət çəkir

Ağsu şəhəri, Heydər Əliyev prospektində yaşayan sakinlər narazılıq edir.

Onlar Meydan TV-yə bildiriblər ki, rayonda yeni salınan məhəllədə məskunlaşmış beş yüz ailə məişət tullantılarını Söhbət Quliyev və Cavanşir Şərifov küçələrinin kəsişməsindəki evlərin önündə olan həyətə tökürlər. Nə Ağsu rayon bələdiyyəsi, nə də ki, Kommunal Müəssisələr Kombinatı bu məsələyə əncam çəkir.

“Cavanşir Şərifov küçəsində olan məhəllələrə zibil qabları qoyulsa, bizim canımız qurtarar. Yeni məhəlləyə zibil qabı qoydura bilmirik. Bu problemlə bağlı bir neçə dəfə İcra Hakimiyyətində olmuşam. İcra məsələni təyinatı üzrə bələdiyyəyə yönəldib. Bələdiyyə deyir ki, yer tap, biz zibil qabları qoyduraq. Kommunal Müəssisələr Kombinatının rəisi Əli Mustafayev deyir ki, yer tap, zibil qabı qoyduraq. Əgər yeri mən tapacağamsa, siz niyə orada oturmusunuz?

Təzə məhəllədə beş yüz ailə yaşayır. Hamısı da gecəylə gətirib, zibillərini bura atırlar. Mən anlamıram, bura qarovulçu qoymalıyıq? Hələ tapşırmışıq ki, heç olmasa, həftənin bir, üç, altıncı günləri zibil atın, sözümüzə əməl edən yoxdur. Burada gözətçi dayanmayacağıq ki, iş-güc adamlarıyıq. Cavanşir Şərifov küçəsinə zibil qabları qoya bilmirlər, guya məhəllələr dardır, zibil maşınları girmir. Əliyə deyirəm ki, maşınlar aşağıdan girib, zibilləri toplasın, yenə də əhəmiyyət verən olmur”, - Müşfiq Rəhimov söyləyir.

Müşfiq Rəhimov

Müşfiq Rəhimov

Source: meydan.tv

Firuzə Məmmədova bildirir ki, qapısının ağzından hər səhər zibil toplamaqdan yorulub:

“Gecəylə gətirib, bura zibil atırlar. Uşaqlarımız çıxır həyətə oynamağa, hər yer zibilxanadır. Pis qoxudan, milçəyin, ağcaqanadın əlindən həyətdə otura bilmirik. Hamı gətirib, zibilini bizim həyətin qarşısına tökür, belə olmaz axı. Hər məhəlləyə zibil qabı qoysunlar. Burada böyük bir zibilxana tikmək istəyirdilər, mən qoymadım, çünki qapımın ağzıdır. Beş yüz ailədən ibarət məhəllənin zibili bura tökülsə, evin içində iydən-qoxudan otura bilmərik. Tək mən yox, bütün qonşular narazıdır. Zibilləri toplayıram, od vurub, yandırıram, gecə ilə yenə gətirib, zibil atırlar. Daha nə qədər belə yaşamaq olar? İtlər zibilxanaya görə məhəlləyə dadanıb, onların ucbatından körpə uşaqlarımız məktəbə gedib-gələ bilmir. Qapımın ağzında, evimin içində zibilxana tikilməsini istəmirəm. Hər məhəlləyə zibil qabı qoyulsa, belə vəziyyət də yaranmaz”.

“Zibili tökürlər, hava küləkli olanda həyətlərə dağılır. Axşamlar biz ağcaqanad əlindən həyət bir yana, heç evdə otura bilmirik. Anti-sanitariyadır, xəstəlikdir. Dəfələrlə aidiyyatı üzrə yazılı və şifahi sürətdə müraciət etmişik. Amma nə olsun, baxan yoxdur. Uşaq itdən bir qorxar, iki qorxar. Belə olmaz, uşaqlarda xəstəlik yaranar axı. Zibilxanaya dadanan küçə itlərinin qorxusundan gecə bu yola çıxanda, əlimizə ağac götürürük”, - Rəhilə Musayeva deyir.

"Cavanşir Şərifov küçəsində olan məhəllələrə zibil qabları qoyulsa, bizim canımız qurtarar"

"Cavanşir Şərifov küçəsində olan məhəllələrə zibil qabları qoyulsa, bizim canımız qurtarar"

Source: meydan.tv

Kommunal Müəssisələr Kombinatının rəhbəri Əli Mustafayev Meydan TV-yə bildirib ki, həmin ərazidə məişət tullantıları üçün yer müəyyən etmək qurumun səlahiyyəti xaricindədir:

“Bələdiyyə zibil yerləri tikməlidir ki, biz qabları qoyaq. Bələdiyyə insanlara beş sot həyətyanı sahə verir, 6 metr də yol salır. Zibil qabını hara qoyuramsa, həmin vətəndaş deyir ki, mənim qapımın ağzında olmaz. Ona görə də məcbur olmuşam, hər gün səhərlər maşınları yollayıram, həmin məhəllələri bir-bir gəzib, zibilləri toplayırlar. Məhəllələr yeni salınıb, bizə təhvil verilməsə də belə, biz maşınları həmin küçəyə salıb, zibilləri toplayırıq”.

Ağsu bələdiyyəsinin sədri İlham Nurəhmədov Meydan TV-yə öncə bildirib ki, zibil qabları üçün yeri Kommunal Müəssisələr Kombinatı ayırmalıdır. Kombinatın yalnız zibil qablarını qoymaqda məsul olduğunu xatırladanda bələdiyyə sədri bildirib ki, həmin ərazidə zibil üçün artıq yer müəyyən edilərək, tikilib. Əməkdaşımız söyləyəndə ki, özü həmin küçədə olub, şəkillər çəkib, orada heç bir zibil qabı yoxdur, İlham Nurəhmədov “Zibil qablarını qonşular götürüb”,- deyə əlavə edib:

“Biz orada yer də düzəltmişik, qab da qoymuşuq. Qabları qonşular götürüb. Ərazidə olub, məsələni aydınlaşdırıb, həll edəcəyik”.

"Zibili tökürlər, hava küləkli olanda həyətlərə dağılır"

"Zibili tökürlər, hava küləkli olanda həyətlərə dağılır"

Source: meydan tv

"Bələdiyyə zibil yerləri tikməlidir ki, biz qabları qoyaq"

"Bələdiyyə zibil yerləri tikməlidir ki, biz qabları qoyaq"

Source: Meydan .tv

"Axşamlar biz ağcaqanad əlindən həyət bir yana, heç evdə otura bilmirik"

"Axşamlar biz ağcaqanad əlindən həyət bir yana, heç evdə otura bilmirik"

Source: Foto: meydan.tv

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/6cwfab

Most Viewed