"Zəlzələ bölgəsi üzrə Qərargahı fəhlələrə veriləcək əməkhaqlarını gecikdirdiyi üçün tikinti işi yarımçıq"

Source: Foto: Meydan tv

Caption: "Zəlzələ bölgəsi üzrə Qərargahı fəhlələrə veriləcək əməkhaqlarını gecikdirdiyi üçün tikinti işi yarımçıq"

Ağsu sakini: Dövlətin ayırdığı pulu yeyiblər

Article was updated on :  16 January 2020

“Gecikmə ilə yanaşı, hər ay ustaların pulundan yüz-iki yüz manat kəsirlər”

“Evimiz yanandan sonra aylarla çadırda yaşadıq. Dəfələrlə aidiyyatı orqanlara müraciət etsək də, şikayətimizə məhəl qoymadılar. Uzun mübarizədən sonra ötən il sentyabrın sonlarında evin tikintisinə başlanıldı. Tikinti davam edən müddətdə işləyən fəhlələrin pulları həmişə gecikdirilirdi”.

Bu sözləri Meydan TV-yə ötən il iyulun 26-da evi tamamilə yanan Ağsu rayonu, Kalağaylı kənd sakini İbadət Aydın qızı Qəmbərova deyir.

Söylədiyinə görə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 2019-cu ildə inşasına başlanılan ev, həmin ilin dekabrında təhvil verilməli imiş. Lakin nazirliyin Zəlzələ bölgəsi üzrə Qərargahı fəhlələrə veriləcək əməkhaqlarını gecikdirdiyi üçün tikinti işi yarımçıq qalıb:

“Həmişə pulu gecikdirmələrlə ödəyiblər. Evin təmirinə sentyabrın sonlarında başlayıblar. Gecikmə ilə yanaşı, hər ay puldan yüz-iki yüz manat kəsiblər. Evin ötən ay təhvil verilməsi planlaşdırılırdı. Dedilər ki, dekabrın 25-dək fəhlələrin pulu çatdırılacaq. Lakin yenə də yalançı çıxdılar. Dekabrın 29-da gətirib ustaların birinə beş yüz, digərinə isə iki yüz manat verdilər. Ustalar da əməkhaqlarını tam olaraq tələb edəndə, dedilər ki, bizə verilən pul budur. Bundan artıq pul verə bilmərik. And-aman etdilər ki, yanvarın 10-da pul olacaq, azacıq səbir etsinlər. Bizi fəhlələrin yanında üzüqara ediblər. Özüm yaşlı, xəstə adamam, oğlum da hazırda işsizdir. Dövlətin ayırdığı pulu yeyiblər. İndi də deyirlər ki, pul yoxdur. Ustalar da pulu bizdən tələb edir. Bəs yaxşı, bu pulu kim ödəməlidir?”

İbadət Qəmbərova

İbadət Qəmbərova

Source: Foto: Meydan tv

Şikayətçinin dediyinə görə, fəhlələrə ümumilikdə altı yüz manat pul verilməlidir. Yanvarın 10-da pul olacağına dair vəd verilsə də, buna əməl olunmayıb:

“Ustalara verilən aylıq əməkhaqqı evin ölçülərinə uyğun təyin edilir. Son ölçüləri oğlum mühasibə verib. İki ustaya ümumilikdə altı yüz manat verilməlidir. Oğlum da, mən də zəng edirik, bizə cavab vermirlər. Qərargahın mühasibi Hasil adlı şəxs bizi aldadır. Qərargahda hər gün davadır. Hamı şikayət edir ki, ustaların pulu vaxtlı-vaxtında verilmir. Bunlar hara baxır, neyləyir, başım çıxmır. Bu pulları kimlər yeyir? Evin qarşısında dörd cərgə hörgü qalıb. Ustalar işləməkdən imtina edirlər. Mühasibə dedik ki, ustaların pulunu verməsəz, sizi şikayət edəcəyik. Dedi ki, nə istəyirsiz, edin, pul yoxdur”.

Meydan TV-yə açıqlaması zamanı soyadını söyləmək istəməyən Fövqəladə Hallar Nazirliyinin Zəlzələ bölgəsi üzrə Qərargahının mühasibi Hasil adlı şəxs vətəndaşın şikayətini əsassız adlandırıb.

"Mühasibə dedik ki, ustaların pulunu verməsəz, sizi şikayət edəcəyik"

"Mühasibə dedik ki, ustaların pulunu verməsəz, sizi şikayət edəcəyik"

Source: Foto: Meydan tv

“Bizdə pul gecikmələri olmur, 15 gündən bir görülən işin pulunu bağlayırıq. Bu da o deməkdir ki, ayda iki dəfə günü bilinməmək şərti ilə ustalara pul veririk. Görülən işin pulu nədirsə, qəpiyinə qədər ödəyirik. Ev yiyəsi ilə aramızda mehribanlıq var. İbadət xanım, hörmət etdiyimiz qadındır, lakin söylədikləri həqiqətəuyğun deyil. Mənim böyüyüm var, danışanda deyir ki, niyə məlumatları hər yerə yayırsan”, - mühasib bildirib.

"Evin təmirinə sentyabrın sonlarında başlayıblar"

"Evin təmirinə sentyabrın sonlarında başlayıblar"

Source: Foto: Meydan tv

"Evin ötən ay təhvil verilməsi planlaşdırılırdı"

"Evin ötən ay təhvil verilməsi planlaşdırılırdı"

Source: Meydan TV

"And-aman etdilər ki, yanvarın 10-da pul olacaq, azacıq səbir etsinlər"

"And-aman etdilər ki, yanvarın 10-da pul olacaq, azacıq səbir etsinlər"

Source: Foto: Meydan tv

"Mühasibə dedik ki, ustaların pulunu verməsəz, sizi şikayət edəcəyik"

"Mühasibə dedik ki, ustaların pulunu verməsəz, sizi şikayət edəcəyik"

Source: Foto: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  16 January 2020
Featured in:  
Shortlink:   http://mtv.re/8idbmx

Most Viewed