Source: Meydan TV

Ağaclar kəsilir, vətəndaşların istirahət guşələri əllərindən alınır

Ağaclar kəsilir, vətəndaşların istirahət guşələri əllərindən alınır

Binəqədi rayonu Nizami Nərimanov 87 ünvanında yerləşən binaların qarşısındakı ağaclar zamanla məhv edilir. Sakinlər deyir ki, “AM.M Line” MMC ərazidə bağça tikintisi üçün onların istirahət guşələrini əllərindən alıb.

Vətəndaşlar və şirkət arasındakı çəkişmə 3 ilə yaxındır davam edir. Sakinlərin aidiyyatı qurumlara şikayəti də bir nəticə verməyib. Nazirlər Kabinetinin yaratdığı komissiya müəyyən edib ki, ağacların bəziləri diblərinə kimyəvi məhlullar tökərək qurudulub, amma bu fakt da heç nəyi dəyişməyib. Şirkət ağac qətliamına qaldığı yerdən davam edib.

Vətəndaşlar eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də şikayətçidir.

Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov bildirib ki, sözügedən ünvanda tikinti altına düşən ağacların köçürülməsinə rəy verilib. Lakin araşdırma zamanı məlum olub ki, köçürmə prosesində rəydə qoyulan tələblərə əməl edilməyib, ağacların köçürülməsi zamanı aqrotexniki qaydaların tələbləri pozulub. Buna görə də köçürməni düzgün həyata keçirməyən şəxslər inzibati qaydada cəzalandırılıblar.

“AM.M Line” MMC-dən tikinti üçün bütün sənədlərin qaydasında olduğu bildirilir. Aidiyyatı qurumlar isə məsuliyyəti bir-birlərinin üzərinə atırlar. Ağacların və istirahət guşəsinin taleyi isə qeyri-müəyyən qalır.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/vfl4wl

Most Viewed