Source: Meydan TV

AFFA-nın İntizam Komitəsi 25 futbolçunu cəzalandırdı

Article was updated on :  13 December 2019

Qurum danışılmış oyunlarda şübhəli bilinən şəxslərin adlarını açıqladı

Azərbaycanın 25 futbolçusu oyunlarda qeydə alınmış şübhəli məqamlarla bağlı cəəzalandırılıb.

AFFA-nın rəsmi saytında bu barədə məlumat verilib. Bildirilir ki, İntizam Komitəsi I Divizionunda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” komandalarının futbolçuları ilə bağlı qərar qəbul edib.

Onlardan 17-si “Ağsu”nun, 7-si “Turan”ın, 1-i isə “Zirə-2"nin üzvüdür. Daha 3 şəxs isə “Ağsu”nun icraçı direktoru Rəşad Kərimov, qapıçılar üzrə məşqçi Kənan Bayramov və klubun işçisi Ənvər Hacıyevdir.

Qərarda qeyd olunur:

“Birinci divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2" futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub”.

Bildirilir ki, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

“Turan Tovuz”

Qocayev Sənan – futbolçu

Rüstəmov Misir – futbolçu

Bağırov Emin – futbolçu

Sadıqov İlkin – futbolçu

Məmmədov Rüfət – futbolçu

Tağıyev Eltay – futbolçu

Quluzadə Şahin – futbolçu

“Ağsu”

Kərimov Rəşad – icraçı direktor

Bayramov Kənan – qapıçılar üzrə məşqçi

Hacıyev Ənvər – klubun işçisi

Əliyev Ramil – futbolçu

İbrahimov Vüsal – futbolçu

Əmrahov Qalib – futbolçu

Əliyev Elçin – futbolçu

Əliyev Məhəmməd – futbolçu

Həşənov Şamo – futbolçu

Mirzalıyev Ruslan – futbolçu

Quliyev Orxan – futbolçu

Rəhimov Fərrux – futbolçu

Həşimov Elçin – futbolçu

Babayev Malik – futbolçu

Kərimov Ramil – futbolçu

Mustafayev Vüsal – futbolçu

Məmmədov Kənan – futbolçu

“Zirə-2”

Əliyev Səbuhi – futbolçu

İntizam Komitəsi bildirir ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  13 December 2019
Featured in:  
Shortlink:   http://mtv.re/i22azx

Most Viewed