Aleksey Navalnı

Source: Reuters

Caption: Aleksey Navalnı

ABŞ Navalnıya görə Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Ceyk Sallivan kimyəvi silahlara görə sanksiyalarının olacağını da istisna etmir

Vaşinqton Aleksey Navalnının zəhərlənməsinə görə Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır.

Bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan iyunun 20-də CNN-ə danışıb.

AzadlıqRadiosunun məlumatına Ceyk Sallivan ABŞ-nın kimyəvi silahlara görə də sanksiyalarının olacağını söyləyib.

Onun sözlərinə görə, ABŞ düzgün qurumların hədəfə alınmasından əmin olandan sonra sanksiyalar tətbiq olunacaq.

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə ötən həftəki sammitində insan haqlarının həmişə masada olacağını, bu məsələni, eləcə də Navalnının həbsini qaldıracağını deyib.

Bayden Putinə bloger Navalnının həbsxanada mümkün ölümünün fəsadları haqda xəbərdarlıq edib və bu fəsadların “Rusiya üçün dağıdıcı” olacağını deyib.

Məlumatda Bayden administrasiyasının martda Rusiyanın yeddi aparıcı rəsmisinə sanksiyalar açıqladığı vurğulanıb.

Eyni vaxtda Avropa Birliyi də Rusiyanın aparıcı rəsmilərinə sanksiyalar elan edib.

Rusiya isə bunları “tamamilə qəbuledilməz” adlandırıb. Eyni zamanda, ölkənin ABŞ və AB ilə onsuz da pis durumda olan münasibətlərinə dağıdıcı təsir göstərəcəyini deyib.

Rusiyalı bloger Aleksey Navalnı yanvarın 17-də həbs olunub.

Aleksey Navalnı Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” hava limanında saxlanılıb. Onun barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilib və o, 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin avqustunda Tomskdan Moskvaya uçarkən hava limanında zəhərlənən Rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyaya aparılmışdı.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/spl0ps

Most Viewed