Keli Kraft

Source: google.az

Caption: Keli Kraft

ABŞ İranı “dünyanın 1 nömrəli terror dəstəkçisi” adlandırıb

Səfir Rusiya və Çinə də xəbərdarlıq edib

ABŞ-ın BMT-dəki səfiri İranı “dünyanın 1 nömrəli terror dəstəkçisi” adlandırıb, RFE/RL xəbər verir.

Bir gün öncə Dövlət katibi Mayk Pompeo ABŞ-ın gələn həftə İrana qarşı silah embarqosunu uzatmaq üçün BMT Təhlükəsizlik Şurasında səsvermə keçirməyi planlaşdırdığını demişdi.

Səfir Keli Kraft (Kelly Craft) deyib ki, Rusiya və Çin embarqonu uzatmaqla bağlı qətnamənin qarşısını almaq üçün vetodan istifadə edərlərsə, onlar da “terrorizmə dəstək verən 1 nömrəli dövlətin ortaq dəstəkçiləri” olacaqlar.

“ABŞ ümid edir ki, Rusiya və Çin Yaxın Şərqdə sülhün vacibliyini görəcək”,- Kraft bildirib. O əlavə edib ki, Rusiya ilə Çin arasındakı tərəfdaşlıq aydın idi: “Onlar yalnız öz sərhədlərindən kənarda xaos, münaqişə təbliğ etmək niyyətindədirlər”.

ABŞ-ın İrandakı elçisi olan Brayn Huk (Brian Hook) Kraftla birlikdə 5 avqustda Pompeonun açıqlamasından sonra jurnalistlərlə görüşüb. ABŞ-ın hazırladığı qətnamə oktyabr ayında başa çatır.

Hook görüşdən bir neçə saat sonra vəzifəsindən getdiyini açıqlayıb.

Rusiya və Çinin Xarici işlər nazirləri 15 üzvlü məclisdə ən az 9 səs alacağı təqdirdə qətnaməyə veto edəcəklərini bildiriblər.

Pompeo avqustun 5-də jurnalistlərə İrana silah satmaq üçün ölkələrin növbədə olduğunu qeyd edib və bunun Yaxın Şərqi daha da qeyri-sabit edəcəyini, İsrail və Avropanı risk altına alacağını və ABŞ-ın həyatını təhlükəyə atacağını deyib.

Vaşinqton deyib ki, Təhlükəsizlik Şurası embarqo bitdikdən sonra İranın silah almasına və satılmasına mane olmayacaqsa, bu, BMT-nin İrana qarşı tətbiq etdiyi bütün sanksiyaların ləngiməsi olacaq.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/qtp69r

Most Viewed