Donald Tramp  və Co Bayden

Source: https://www.milliyet.com.tr/

Caption: Donald Tramp və Co Bayden

ABŞ-da prezident seçkisi yeni qayda ilə keçirilir

Əhali poçt vasitəsilə səs verəcək

Noyabrın 3-də Amerika Birləşmiş Ştatlarında (ABŞ) prezident seçkisi keçirilir.

Seçkilərdə ya Demokrat Partiyasından olan Co Bayden, ya da Respublikaçılar Partiyasından olan indiki Prezident Donald Tramp qalib gələcək.

Bu, ABŞ-da keçirilən sayca 59-cu prezident seçkisidir.

Seçki öncəsi baş verənlər və hazırlıq

Dünya mediası yazır ki, noyabrın 2-də Tramp tərəfdarları ölkənin müxtəlif bölgələrindəki yolları bağlayıb. Tramp bayrağı ilə bəzədilmiş avtomobillər bazar günü Nyu-Cersidəki “Garden State Parkway”-də nəqliyyatı dayandırıb.

Prezident seçkiləri öncəsi Vaşinqtondakı Ağ Evdə təhlükəsizlik tədbirləri artırılıb. Federal səlahiyyətlilər seçki günü baş verə biləcək etirazlara qarşı Ağ Evin ətrafında barrikadalar quracaqlar.

Bu barrikadaların son aylar ABŞ-da baş verən “Black Lives Matter” etirazlarında qurulmuş çəpərlərə bənzədiyi bildirilir.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, barrikadalar Ağ Evi, Ellips bölgəsini, Lafayette Meydanını, 15-ci küçə, Konstitusiya küçəsi və 17-ci küçəni əhatə edəcək.

Bu seçki digərlərindən fərqlənir

Bu dəfəki prezident seçkinin digərlərinə bənzəmədiyi düşünülür. Səbəb isə pandemiyadır. Virusa yoluxmamaq üçün bir çox seçici poçt vasitəsilə səs verəcək. Bu da səs sayımı müddətinin uzanması və nəticənin gec elan olunması ehtimalını irəli sürür. Hazırki prezident Tramp isə dəfələrlə heç bir dəlil gətirmədən iddia edib ki, poçtla səsvermədə saxtakarlığa yol verilə bilər.

90 milyondan çox amerikalının səs verdiyi bildirilir

Seçki öncəsi 90 milyondan çox amerikalının səs verdiyi bildirilir. Səs verənlərin sayının 2016-cı ildə cəmi səsverməyə gedənlərin 65 faizə yaxınını təşkil etdiyi iddia olunur. Ekspertlər bunu seçkiyə olan böyük maraqla əlaqələndirirlər.

Sorğu nəticələri nə deyir?

ABŞ-da bir neçə gün öncə əhali arasında keçirilən sorğunun nəticələrinə görə, demokrat Co Bayden respublikaçı rəqibi Donald Trampı 7,2 balla qabaqlayıb. Keçirilən sorğunun nəticələrini “Real Clear Politics” siyasi analiz saytı yayımlayıb.

Nəticələrə görə, Bayden Trumpı Floridada 0,7, Pensilvaniyada 4, Miçiqanda 6,2, Viskonsində 6, Şimali Karolinada 0.3, Arizona isə 1.1 balla qabaqlayıb.

Seçkinin nəticələrinin noyabrın 4-də açıqlanacağı proqnozlaşdırılır.

Pensilvaniya da daxil olmaqla bir sıra ştatların rəsmiləri poçtla göndərilən bülletenlərin sayılmasına günlərlə vaxt lazım olacağını açıqlayıblar.

Tramp isə xəbərdarlıq edib ki, seçkidən dərhal sonra qalib bilinməsə, xaos yarana bilər. Onun fikrincə, nəticəni aydınlaşdırmaq həftələrlə çəkə və bu arada “çox pis şeylər” baş verə bilər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/evaxc4

Most Viewed