ABŞ-da 6 həftəlik körpə koronavirusdan ölüb

“Bu, hətta ən həssas olanlarımıza da mərhəmət göstərməyən bir virusdur”

Source: google.az


“Bu, hətta ən həssas olanlarımıza da mərhəmət göstərməyən bir virusdur”

ABŞ-ın Konnektikut ştatının baçısı Ned Lamont altı həftəlik körpənin koronavirusdan öldüyünü deyib, – “BBC Türkçə” xəbər verir.

“Bu, hətta ən həssas olanlarımıza da mərhəmət göstərməyən bir virusdur”, – Lamont “Twitter” mesajında yazıb.

“Bu, həmçinin evdə qalmağın və digər insanlardan uzaq durmağın vacibliyini xatırladır. Həyatınız və digər insanların həyatı bundan asılı ola bilər”, – Lamont deyib.

Rəsmilərin bildirdiyinə görə, Hartford bölgəsində yaşayan körpə ötən həftə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib, lakin xilas ola bilməyib.

Bunun ştatda ilk körpə ölümü olduğu qeyd edilir. Adı açıqlanmayan körpənin dünyada koronavirusdan ölən ən gənc insan ola biləcəyi təxmin edilir.

Hartford Bələdiyyə başçısı Luke Bronin körpənin ölümündən çox kədərləndiyini deyib.

Konnektikutda baş verən koronavirus hadisəsi hallarının sayı 3500-ü keçib, ölənlərin sayı 85-ə yüksəlib.

Ana səhifəXəbərlərABŞ-da 6 həftəlik körpə koronavirusdan ölüb