Source: Meydan TV

Abbas Lisani: Azərbaycan Milli Hərəkatı göbələk kimi yerdən çıxmayıb

Hərəkat lideri prokuror və məhkəmə sədrini ittiham edib

Cənubi Azərbaycan milli hərəkatının liderlərindən Abbas Lisani Ərdəbil şəhərində keçirilən apelyasiya məhkəməsində İrandakı milli ayrı-seçkilik siyasətinin 100 ildən bəri davam etdiyini gündəmə gətirərək, prokurora və məhkəmə sədrinə ağır ittihamlar yönəldib.

Məlumatı “Turan” İnformasiya Agentliyi yayıb.

A.Lisaninin vəkillərininin verdiyi şikayət ərizəsinə Ədəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində baxılarkən şəhərin yeni prokuroru Lisaniyə daha əvvəl verilən 8 illik həbs cəzasının artırılmasını tələb edib.

Məhkəmənin son söz verdiyi A.Lisani isə deyib: “Hökm ömür boyu və hətta edam da olsa, öz fikirlərimdən zərrə qədər də vaz keçmərəm. Əgər həqiqətən ədalətiniz varsa, bu qapıları açın, xalq və dünya bu məhkəməni görsün. Azərbaycan Milli Hərəkatı göbələk kimi yerdən çıxmayıb. Ən azı bir əsrdən çoxdur ki, türk millətinə qarşı həyata keçirilən zülmün və ayrı-seçkiliklərin nəticəsində meydana çıxıb. Buna görə hər bir Azərbaycan türkü bu ayrı-seçkiliyə öz reaksiyasını demokratik yollarla göstərməkdə tamamilə haqlıdır. Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaqdır”.

Apelyasiya məhkəməsi hökmün oxunacağı tarixi elan etməyib.

Abbas Lisani milli ideyaları müdafiə etdiyinə görə İran məhkəmələri tərəfindən dəfələrlə həbs cəzasına məhkum edilib. İndiki məhkəmə prosesindən öncə isə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/34q0xv

Most Viewed