Əhməd Seyidov

Source: Foto: Meydan TV

Caption: Əhməd Seyidov

“9 küçənin hamısına deputat Səməd Seyidovun babası Əhməd Seyidovun adı verilib”

Qazax rayon sakinləri sosial problemlərdən şikayətçidir

“Vaxtilə öz maddi hesabımıza düzəltdiyimiz işıq dirəklərini gəlib küçələrdən yığıb aparıblar. Aparanda dedilər, tezliklə müasir, standartlara cavab verən dirəklər gətirib quraşdıracaqlar. O gedən gediblər”.

Qazax şəhəri, Əhməd Seyidov küçəsinin sakinləri Meydan TV-yə danışırlar ki, 1 ildən çoxdur rayonun işıq idarəsinin işçiləri məhəllələrdəki elektrik dirəklərini və alüminium elektrik məftillərini söküb aparıblar. Sakinlərə tezliklə həmin avadanlıqların yeniləri ilə əvəz olunacağı deyilsə də, indiyədək quraşdırmayıblar. Nəticədə sakinlər özləri məsələyə “əncam” çəkməli olublar. Kənar məhəllələrdən kustar yollarla naqillər uzatmaqla işıq problemini “həll” etməyə çalışıblar.

“Hamı neft lampasından istifadə edir”

Sakin Mircəfər Hüseynzadə danışır:

“Kim necə bacardı, hərə bir tərəfdən kabel çəkib gətirib. Bu isə çox təhlükəlidir. Üstəlik, bu da elektriklə təminatımıza kömək olmur. Günlərlə, həftələrlə işıqsız qalırıq, hamı evində neft lampasından istifadə edir. Biz hansı dövrdə yaşayırıq ki, neft lampasının ümidinə qalaq?”

Sakinlər bildirirlər ki, yerli işıq idarəsinin işçiləri vaxtilə onların alıb quraşdırdıqları dəmir dirəkləri satıblar. Mircəfər Hüseynzadə sözünə davam edir:

“Dəmir dirəkləri də, alüminium naqilləri də aparıb “metallom”a satıblar. Bizi aldatdılar ki, bunları aparaq, təzələrini gətirəcəyik. Biz də inandıq. 1 ildən çox vaxt keçib, hələ də gəlib bizim küçəyə çata bilmirlər. Hər dəfə deyirlər ki, gözləyin, dirəkləri yapışdıra-yapışdıra gəlirik. Bilsəydik bu iş illərlə uzanacaq, dirəkləri söküb aparmalarına imkan verməzdik”.

"Dəmir dirəkləri də, alüminium naqilləri də aparıb “metallom”a satıblar"

"Dəmir dirəkləri də, alüminium naqilləri də aparıb “metallom”a satıblar"

Source: Meydan TV

“Qonşu küçələrdə quraşdırdıqları təzə dirəklər paslanıb”

Sakinlər deyir, bir neçə küçədə quraşdırılmış dəmir dirəklər o qədər keyfiyyətsizdir ki, artıq paslanaraq əyilib.

Sakinlərin dərdi təkcə elektriklə bitmir. Ərazidə yol, nəqliyyat, ünvan problemi də var. Sakinlər deyir, illərdir ki, məhəllələrarası yolların asfaltlanmasına görə aidiyyəti qurumlara müraciət etsələr ki, nəticəsiz qalıb. Nəqliyyatın yarıtmaz fəailliyyəti isə sakinlərin problemini daha da artırır:

“Avtobuslar vaxtında işləmir, saatlarla gözləməli oluruq. Sürücülər bir-iki dövriyyədən sonra gedib çayxanalarda otururlar, ya evə yatmağa gedirlər, kefləri istəyəndə yenə xəttə qayıdırlar. Adamlar küçələrdə qalır. Bu məhəllələrin uşaqları əsasən Mehdi Hüseyn adına məktəb-liseydə təhsil alırlar. Hər gün o məktəbə piyada gedib-gəlməli olurlar”.

Sakinlər iddia edir ki, ərazidəki 9 ayrı-ayrı küçələrin eyni adı daşıması əhali arasında çaşqınlıq yaradır:

“9 küçənin hamısına deputat Səməd Seyidovun babası Əhməd Seyidovun adı verilib. Təcili yardım gələndə xəstənin ünvanını tapmaq üçün gərək bu 9 küçəni gəzib dolaşsın. Qaz, işıq, su idarəsinin işçiləri, yaxud kənardan birinin evinə gələn qonaq eyni adlı 9 küçənin arasında gəldiyi evi axtarmalı olur. İstəyimiz odur ki, ərazimizdə yenidən ünvanlaşma işləri aparılsın, küçələrə ayrı-aryı adlar verilsin ki, insanlar arasında çaşqınlıq yaranmasın”.

Sakinlər deyir, bir neçə küçədə quraşdırılmış dəmir dirəklər o qədər keyfiyyətsizdir ki, artıq paslanaraq əyilib.

Sakinlər deyir, bir neçə küçədə quraşdırılmış dəmir dirəklər o qədər keyfiyyətsizdir ki, artıq paslanaraq əyilib.

Source: Foto: Meydan TV

“O küçədə bütün problemlər mərhələ-mərhələ həll olunur”

Bir də şikayət kanalizasiya sistemi və arteziandandır. Sakinlərin deməsinə görə, xeyli müddətdir ki, ərazidə kanalizasiya xəttinin çəkilişinə başlanılıb. Ancaq onlara bildirilib ki, kanalizasiya xətti ən tezi 5 ilə istifadəyə veriləcək. Arteziana gəlincə,

Qazax Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Əhməd Seyidov küçəsində qazlaşma işləri çoxdan başa çatıb və həmin küçədə yaşayan əhali mavi yanacaqdan gen-bol istifadə edir. Su probleminin öhdəsdindən ərazidəki artezian gəlir. İşıqlandırma sistemi yenilənir, kanalizasiya qurulur. Nəqliyyatla bağlı problemi bələdiyyəyə demək lazımdır, məhəllələrarası yolların təmiri ilə də bələdiyyə məşğul olmalıdır:

“Bu adamlar daha nə istəyir? Böyük bir küçədir, problemləri də mərhələ-mərhələ həll olunur. Ünvanlaşma məsələsi üçün aidiyyəti qurum var, müraciət etsinlər. Təzə dirək durduğu yerdə əyilməyib ki, onu əyən də insandır. Paslanıb, yenə də aidiyyəti qurum var, nümayəndələrini dəvət etsinlər, desinlər, 1 il əvvəl qoyuğun dirək paslanıb”.

Qazax Elektrik Şəbəkəsindən bildirilib ki, Əhməd Seyidov küçəsindəki elektrik dayaqları və naqillər yenilənir. Təmir işləri gedən küçələrdə yaşayan əhalinin işıqsız qalmaması üçün bütün tədbirlər görülüb. Yenilənmə işləri tezliklə başa çatdırılacaq. Şəbəkədən köhnə dayaqların satılması ilə bağlı deyilənlər də təkzib olunub. Bildirilib ki, küçələrdəki dayaqlar Sovetdən qalma, çürümüş taxta şalbanlardan ibarət olub.

"Bu adamlar daha nə istəyir?"

"Bu adamlar daha nə istəyir?"

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/f6rmoz

Most Viewed