20 yanvar, 1990-cı il

Source: Facebook

Caption: 20 yanvar, 1990-cı il

20 Yanvar faciəsinin ildönümüdür

Hadisədən 31 il ötür

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin növbəti ildönümüdür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakıya girib.

Rəsmi məlumata görə, Kommunist Partiyasının Birinci katibi Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partladıb, respublikada televiziya verilişləri dayandırılıb. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil olub.

Hadisələr nəticəsində paytaxt da daxil olmaqla respublikanın digər rayonlarında 147 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin yaralandığı, onların bir çoxu ömürlük əlil olduğu bildirilir. Yalnız Bakı şəhərində 131 nəfər öldürülüb, 841 nəfər həbs edilib.

Bu hadisədən sonra 20 Yanvar tarixi Azərbaycanda hər il Milli Matəm Günü kimi qeyd olunur.

Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Rəsmi məlumata əsasən, yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/wsdz98

Most Viewed