''Şəhidlər qan töküb ki, başımızda qoz sındırsınlar?''

Ağstafa rayonunun Poylu kənd sakinləri əkin-biçin işlərində və mal-qaralarını otarmaqda əziyyət çəkirlər. Kənd sakinləri iddia edir ki, Qurban Yusifov adlı şəxs kənddəki örüş sahəsini ələ keçirib.

Belə ki, 2002-ci ildə Poylu kənd bələdiyyəsi bu ərazini yem bitkilərinin əkilməsi məqsədi ilə Qurban Yusifova 15 illik icarəyə verib. Verilən müddətin bu il bitməsinə baxmayaraq, sahibkar ərazidən çıxmayıb. Bu vəziyyət də kəndlilərin təsərrüfat işləri ilə məşğul olmasına problem yaradır. Onlar durumlarının acınacaqlı olmasından şikayətlənirlər.

Sakinlər deyir ki, rayon icra hakimiyyəti başçısının qəbulunda olsalar da, bir xeyiri olmayıb. Ağstafa rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun sədri Leyla İsayeva isə İcra Hakimiyyətinə belə bir şikayətin daxil olmadığını deyir.

x

YAZARIN DİGƏR YAZILARI