Zurabişvili: Gürcüstanın Ermənistan və Azərbaycanla sərhəd problemi va

Zurabişvili demarkasiya və delimitasiya üzrə birgə komissiyaların işinə baxmayaraq, prosesin dayandığını söyləyib.

Foto: arxiv


Prezidentin açıqlaması ictimaiyyətin narazılığına səbəb olub

Gürcüstan prezidenti Salome Zurabişvilinin Tbilisi və Bakı arasında David Qareci (Keşikçidağ) monastırı ilə əlaqəli sərhəd mübahisəsi barədə verdiyi açıqlama yenidən müxalifətin və ictimaiyyətin qəzəbinə səbəb olub, – “Jamnews” xəbər verir.

Dekabrın 25-də prezident Zurabişvili deyib ki, bir dövlətin etibarlı sayılması üçün onun universal tanınan sərhədləri olmalıdır. Gürcüstan isə sadəcə Abxaziya və Cənubi Osetiyadakı münaqişə bölgələrində deyil, həm də qonşu Ermənistan və Azərbaycanla sərhəd problemlərinə sahibdir,- Zurabişvili deyib.

Zurabişvili demarkasiya və delimitasiya üzrə birgə komissiyaların işinə baxmayaraq, prosesin dayandığını söyləyib.

“Bu prosesin başa çatmasına mane olan nədir, bu, aydın deyil, xüsusilə nəzərə alsaq ki, bu məsələ dost ölkələrlə baş verir. Üstəlik, hər iki ölkə [Ermənistan və Azərbaycan] prezidentləri rəsmi olaraq komissiyaların işinə önəm verdiklərini bəyan ediblər”, Zurabişvili deyib.

Müxalifət prezidentin Abxaziya və Cənubi Osetiya ilə mövcud inzibati sərhədləri “problemli” olaraq izah etməsinə mənfi münasibət bildirib.

“İnanırıq ki, bu cür bəyanatlarla Zurabişvili ölkəyə ziyan vurur. Hakim Gürcü Arzusu bu cür savadsız ifadələrin səbəbini gürcü dilini yaxşı bilməmələri ilə əsaslandırmağa çalışırlar”,- müxalifətdə olan Avropalı Gürcüstan Partiyasının lideri David Bakradze deyib.

Avropalı Gürcüstan hökumətdən ölkə prezidentinin bəyanatını təsdiq etməməyi tələb edib.

“Biz ölkənin təhlükəsizliyini təhdid edən strateji problemlə məşğuluq. Yalnız işğal və milli maraqlara xəyanət bu şəkildə ola bilər. [İşğal məsələsini] Azərbaycan kimi qonşu ölkənin sərhədi ilə demarkasiya probleminə bənzətmək də yolverilməzdir”, – keçmiş hakim Vahid Milli Hərəkatın üzvü Tina Bokuchava deyib.

Gürcüstan-Azərbaycan dövlət sərhədlərinin demarkasiyası və delimitasiya komissiyasının növbəti iclasının 2020-ci ilin əvvəlində Tbilisidə keçirilməsi planlaşdırılır.

Ana səhifəDünyaZurabişvili: Gürcüstanın Ermənistan və Azərbaycanla sərhəd problemi va