Yüzlərlər hindli vətəndaşlıq qanununa etiraz edir

Polis cümə axşamı Dehli və cənubdakı Bengaluru şəhərində yüzlərlə insanı nəzarətə alıb və bəzi yerlərdə internet bağlanıb.

Source: Foto: arxiv


Polis zorakılığının və həbslərin artması gözlənilir

Hindistanda aksiyalar davam edir. Nümayişçilər mübahisəli yeni vətəndaşlıq qanununa qarşı başlamış aksiyaları qadağan edən hökumətə etiraz edirlər. Polis təzyiqi müşahidə edilib,- “Reuters” xəbər verir.

Ölkədə mövcud olan ayrı-seçkiliyin institutlaşdırılması hesab edilən yeni qanuna qarşı ictimai qəzəb getdikcə artır. Bir sıra ərazilərdə kütləvi toplantılara qadağa qoyulmasına baxmayaraq, yürüşlər və mitinqlər davam edir. Polis zorakılığının və həbslərin artması gözlənilir.

Hökumət qadağası paytaxt Dehlinin bir hissəsində və Uttar Pradeş və Karnataka bölgələrində tətbiq edilib.

Polis cümə axşamı Dehli və cənubdakı Bengaluru şəhərində yüzlərlə insanı nəzarətə alıb və bəzi yerlərdə internet bağlanıb.

Hindistanın dünyəvi konstitusiyasına xələl gətirən qanunun qəbul edilməsiylə başlayan etirazlar artıq iki həftədir davam edir.

Qəbul edilmiş qanun qonşu ölkələrdən olan qaçqınlara vətəndaşlığın verilməsiylə bağlıdır. Qanuna əsasən, qaçqınlar müsəlmandırsa, onlara vətəndaşlıq verilmir. Yalnız hindu, xristian, parsi və ya buddist olduğu təqdirdə qaçqınlar Hindistanda vətəndaşlıq ala bilər.

Qanunun tənqidçiləri qəbul edilmiş qanunu qeyri-konstitusional adlandırır və Hindistan əhalisinin 14% -ni təşkil edən müsəlmanların cəmiyyətdən xaric edilməsini hədəflədiyini vurğulayır.

Ana səhifəDünyaYüzlərlər hindli vətəndaşlıq qanununa etiraz edir