Yevlax rayonu

Mənbə: Foto: arxiv

Başlıq: Yevlax rayonu

Yevlaxda polislə sakinlər arasında qarşıdurma olub

Sakinlərin karantin rejiminin sərtləşdirilməsinə etiraz etdiyi bildirilir

Yevlax şəhərində "Qaraçılar məhəlləsi" kimi tanınan ərazisinin bir qrup sakini ilə polis arasında qarşıdurma yaşandığı bildirilir. Bu barədə “Turan”a yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, münaqişə sakinlərin karantin rejiminin sərtləşdirilmiş tədbirlərinə riayət etməkdən imtina etməsindən sonra baş verib.

Məlumatda deyilir ki, tədbirlərin sərtləşdirilməsinin səbəbi bu məhəllənin sakinləri arasında 53 nəfərin koronavirusa yoluxması olub. Ümumilikdə isə son bir gündə şəhərdə 80 nəfər koronavirusa yoluxub. Bununla əlaqədar karantin tədbirləri sərtləşdirilib. Amma bu, sakinlərin narazılığına səbəb olub, onlar etiraz aksiyası keçiriblər və polislərə daş atıblar.

Şəhərə daxili qoşunların hərbi qulluqçuları yeridilib. Danışıqlardan sonra etiraz edənlərin bir hissəsi dağılışıb, həkimlər onlardan test götürməyə başlayıb.

“Testlərin cavabları gələnə qədər həmin yerdə məhdudlaşdırıcı karantin tədbirləri davam etdiriləcək”, - deyə Daxili İşlər Nazirliyindən bildiriblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8g2fi3

Ən çox baxılan