Mənbə: Meydan tv

Yerevanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni əsirlərlə dəyişdirilməsi müzakirə edilir

Ermənistan tərəfi Xankəndində girovluqda olan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması məsələsinin müzakirə edildiyini bildirib.

“Azadlıq Radiosunun” məlumatına görə, Ermənistanın müdafiə naziri David Tonoyan onların Azərbaycanda saxlanan iki Ermənistan vətəndaşı ilə dəyişdirilməsinin mümkünlüyünü istisna etməyib.

Söhbət 34-yaşlı Karen Kazaryan və 19-yaşlı hərbi qulluqçu Araik Kazaryandan gedir.

Yerevanda sentyabrın 20-də keçirdiyi brifinqdə David Tonoyan deyib ki, dünən Qırmızı Xaç təşkilatı onlara Azərbaycanın rəsmi təklifini təqdim edib.

“Bəzi məsələlər müzakirə olunmalı və bundan sonra cavab verilməlidir. Biz prinsipcə Ermənistan vətəndaşlarının evə dönməsinə qarşı deyilik. Mən bunu sırf bir humanitar aksiya kimi qiymətləndirir və bu vəziyyətə mübadilə mövqeyindən yanaşıram”, - müdafiə naziri deyib.

Bununla belə o, qərarın Qarabağdakı separatçı rejim tərəfindən verilməli olduğunu deyib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ş.Quliyev və D.Əsgərovu qətldə ittiham edərək onların Azərbaycana verilməsinin real olmadığını bildirmişdi.

Ş.Quliyev ilə D.Əsgərov 2014-cü ildə Azərbaycanın işğal altında olan Kəlbəcər rayonu ərazisində əsir düşüblər. Onlar Kəlbəcərə yaxınlarının məzarlarını yad etmək üçün getdiklərini bildirirlər. Erməni tərəfi isə onları qətl və digər ağır cinayətlər törətməkdə ittiham edir.

D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il azadlıqdan məhrum ediliblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3gmwc8

Ən çox baxılan