Yeni Zelandiya pandemiyadan xilas olan ilk ölkədir

Dövlət və özəl tədbirlərə, pərakəndə satışa və restoranların açılmasına, bütün ictimai nəqliyyatların fəaliyyətinə sosial məsafə qaydası olmadan icazə verilib.

Source: Foto: google.ru


Baş nazir Jacinda Ardern bu xəbəri aldığında sevincindən rəqs etdiyini bildirib

Yeni Zelandiya bazar ertəsi günü pandemiyadan qurtulduğunu elan edib.

“Reuters” xəbər verir ki, bu, Yeni Zelandiyanı pandemiyadan öncəki normalara qaytaran ilk ölkə edib.

Bu xəbərdən sonra ölkə sərhəd nəzarətindən başqa bütün sosial və iqtisadi məhdudiyyətləri qaldırıb.

Dövlət və özəl tədbirlərə, pərakəndə satışa və restoranların açılmasına, bütün ictimai nəqliyyatların fəaliyyətinə sosial məsafə qaydası olmadan icazə verilib.

Baş nazir Jacinda Ardern bu xəbəri aldığında sevincindən rəqs etdiyini bildirib.

O, mətbuat konfransında deyib: “İnanırıq ki, Yeni Zelandiyada virusun yayılmasının qarşısını almışıq, amma aradan qaldırmaq davamlı səy tələb edir”.

Ölkə 7 həftə ciddi karantin rejimində qalıb. Önəmli işçilərdən başqa heç kimin evdən bayıra çıxmasına icazə verilməyib.

Ana səhifəDünyaYeni Zelandiya pandemiyadan xilas olan ilk ölkədir