Yeni Ramana sakinlərinin qrunt su problemi

Yeni Ramana sakinlərinin qrunt su problemi

Yeni Ramana Tinglik 2 sahəsi sakinləri qrunt sularının yaratdığı problemdən əziyyət çəkirlər. Evlərin zirzəmiləri su ilə dolur. Sakinlər deyir ki, problem yaxınlıqdakı gölün qurudulmasından sonra başlayıb.

Əhali problemi həll etmək üçün tədbirlər görsə də, bu, heç nəyi dəyişmir. Rəsmi qurumlara müraciətin də bir faydası yoxdur.

Bəziləri problemdən bezib, yaxınlıqdakı ərazilərə köçüblər. Amma heç də hamının buna imkanı çatmır.

Ana səhifəVideoYeni Ramana sakinlərinin qrunt su problemi