Yaşı 100-dən çox olan insanların sayı məlum oldu

Yüksək uzunömürlülük indeksi olan region əsasən Lənkərandır

Source:


Yüksək uzunömürlülük indeksi olan region əsasən Lənkərandır

Azərbaycanda yaşı 100-dən çox olan insanların sayı açıqlanıb.

Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova rəsmi statistikaya əsaslanaraq trend.az-a bildirib ki, ölkədə 100 və daha çox yaşı olan 838 şəxs yaşayır.

O, bir sıra regionlarında yüksək uzunömürlülük indeksinin qeydə alındığını deyib:

“İlkin hesablamalara görə yüksək uzunömürlülük indeksi olan region əsasən Lənkərandır. Ənənəvi olaraq, ölkəmizin cənub-şərqindəki Talış dağları ərazisi uzunömürlülük zonası hesab edilir. Bu institutun laboratoriyasının dəlilləri ilə də təsdiqlənib”.

U.Həşimova uzunömürlülüyün yüksək indeksi Naxçıvan Muxtar Respublikası, Qazax və Şamaxı zonalarında da qeydə alındığını bildirib:

“Lakin bunlar dəqiqləşdirilməmiş, başqa sözlə verifikasiya edilməmiş məlumatlardır və bəzi hallarda təsdiqlənməyə də bilər. Məsələn, Naxçıvan da uzunömürlülük baxımından perspektivli sayılır. Burada 50-dən çox şəxs 100 yaş həddini keçib. Lakin bu məlumatlar da dəqiqləşdirilməlidir, çünki yaşın verifikasiyası zamanı ilkin göstəricilər dəyişir. Bu, çox vaxt onunla əlaqədar olur ki, 85 yaşdan yuxarı adamlarda öz yaşını “artırmaq” tendensiyası müşahidə edilir”.

Ana səhifəXəbərlərYaşı 100-dən çox olan insanların sayı məlum oldu