Yalçın Rzazadə

Mənbə: kulis.az

Başlıq: Yalçın Rzazadə

Yalçın Rzazadə uzun sürən xəstəlikdən vəfat edib

“Ürəkdir, onunla zarafat etmək olmaz”

Azərbaycanın xalq artisti Yalçın Rzazadə vəfat edib.

Bu barədə “Report”a müğənninin oğlu Mətin Rzazadə məlumat verib. Bildirib ki, atası uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Yalçın Rzazadənin səhhətində problemlər 2011-ci ildən başlayıb. O, Türkiyədə ürək əməliyyatı keçirib. İfaçı sonrakı illərdə mətbuata müsabihəsində maddi durumunun aşağı olmasına görə müayinə və müalicəsini davam etdirə bilmədiyini söyləmişdi:

“Ürəkdir, onunla zarafat etmək olmaz. Ürəyimin ağrısı tutur, neyləyim? Küçədə şlyapamı qarşıma qoyub, dilənçilik edim? Bir o qalıb ki, şlyapamı qoyum, gitaramı götürüm, gedib, bulvarda pul üçün dilənçilik edim. Sağlamlıq problemimi həll edim. Sağlamlığım ailəm üçün deyil. Sağlamlığım sənətim, tarixim, ən əsası, millətim üçün lazımdırsa, aidiyyatı orqanlar əncam çəksinlər. Sənətkar yaradıcılığında müəyyən həddə çatanda özünə qarşı diqqət tələb edir. Çəkdiyin zəhməti tərəziyə qoyanda görürsən ki, az qiymət verilir. Bir xalqın ayaq üstə alqışladığı sənətkarının qeydinə qalmaq lazımdır”.

Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəranda doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub. 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirib. Həmçinin Üzeyir Hacibəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

Yalçın Rzazadə “Od içində” filmində baş rola – Əmir bəy roluna çəkilib. “Dədə Qorqud”, “Gün keçdi”, “Qaynana”, “Bayquş qayıdanda”, “Baladadaşın ilk məhəbbəti” bədii filmlərinin musiqilərini ifa edib.

1979-cu ildə əməkdar, 2000-ci ildə xalq artisti adına layiq görülüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8xxbet

Ən çox baxılan