Yağış sürüşmə zonalarındakı vəziyyəti ağırlaşdırıb

”Bu yağışlardan sonra vəziyyət daha da pis olacaq”

Source:
foto APA
foto APA


”Bu yağışlardan sonra vəziyyət daha da pis olacaq”

“Son zamanlar yağan yağışlar cənub-şərq, xüsusilə şərq rayonlarındakı sürüşmə zonalarında vəziyyəti xeyli kəskinləşdirib”, – Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya belə deyib.

Elbrus Əlizadə bildirib ki, sürüşmə zonalarında gözəçarpan fəallıq müşahidə olunur və sürüşmə fəal inkişafdadır:

“Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Bakı və Lənkəranda daha güclü yağışlar yağıb. Belə davam edərsə, nəticə daha da pis olacaq və vəziyyət xeyli çətinləşəcək. Son günlər Zığ, Qaraçuxur, Masazır, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Xızı, Şabran, Siyəzən, Lənkəran, Lerik, Qusar, Yardımlıda sürüşmə sahələrində fəallaşma var idi. Yağışlar intensiv damam edir. Bəlkə də bu gün orada yolların bir hissəsi bağlanacaq. Bu yağışlardan sonra vəziyyət daha da pis olacaq”, – deyə bildirib.

Ana səhifəXəbərlərYağış sürüşmə zonalarındakı vəziyyəti ağırlaşdırıb