XİN İlham Əliyevin bəyanatının təhrif edildiyini deyir

Leyla Abdullayeva İlham Əliyevin “əgər mümkün təhdidi təsbit etsək, onu məhv edəcəyik… çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir” fikirlərinə də toxunub

Leyla Abdullayeva, Source: XİN


"Ermənistan beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır”

“Ermənistan Xarici İşlər Nazirliyinin guya prezident İlham Əliyevin bu ölkənin ərazi bütövlüyünə qarşı bəyanatında səslənən təhdidlərə dair iddiaları tutarsız və yalandır. Ermənistan üçtərəfli bəyanatın bəndlərini yerinə yetirmək əvəzinə dünya birliyini aldatmağa çalışır”.

Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin 20 aprel bəyanatını şərh edərkən

deyib

.

"Prezident 20 aprel tarixli müsahibəsində Azərbaycana qarşı Ermənistanda baş qaldıra biləcək revanşizmdən və ərazi bütövlüyümüzə ola biləcək təhdidlərdən bəhs edib. Ermənistan Xarici İşlər Nazirliyi İlham Əliyevin dediklərini Yerevan üçün əlverişli şəkildə təhrif və təqdim etməyə çalışır”, – XİN rəsmisi qeyd edib.

Leyla Abdullayeva İlham Əliyevin “əgər mümkün təhdidi təsbit etsək, onu məhv edəcəyik… çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir” fikirlərinə də toxunub: "Bu sözlər Ermənistanın ərazi bütövlüyünə təhdid deyil, əksinə qarşı tərəfdən tərəfdən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə ola biləcək hər hansı təhdidi cavablandırmaq qətiyyətimizin göstəricisidir".

“İlham Əliyev eyni zamanda Azərbaycanın əməkdaşlığa hazır olduğunu söyləyib, Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində törətdiyi soyqırımı və tarixi, mədəni, dini abidələrimizin dağıdılmasına rəğmən bizim gələcəyə baxmalı olduğumuzu vurğulayıb. Dəfələrlə və ən yüksək səviyyədə bəyan edildiyi kimi, Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. 10 noyabr 2020 və 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyanatların icrası da elə məhz buna xidmət edir. Ermənistan isə təəssüf ki, üçtərəfli bəyanatın icrası əvəzinə, yalan və iftira dolu fikirləri ilə həm öz əhalisini zəhərləyir, həm də beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır”, – Abdullayeva belə deyir.

İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına

müsahibəsi

ndə bildirib ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan dünənki

açıqlama

sında Azərbaycan Prezidentinin açıqlamasını Ermənistanın ərazi bütövlüyünə iddia və təhdid kimi qiymətləndirib: “Bu cür bəyanatlar regional sülh və sabitliyə ciddi ziyan vurur. Bunlar Azərbaycanın son sülh və barışıq bəyanatlarının yalan xarakterini ortaya qoyur”.

Ana səhifəSiyasətXİN İlham Əliyevin bəyanatının təhrif edildiyini deyir