“XİN-dən xahiş edirəm bacıma qarşı açılan qanunsuz cinayət işi ilə maraqlansınlar” (yenilənib)

Samira Utmanseva Günay Abbasovanın hazırda “ev dustaqlığı”nda olduğunu və avqustun ikinci yarısına qədər belə davam edəcəyini bildirib

Source: Specify Source

16.07.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Meydan TV-nin sorğusuna cavab olaraq deyib ki, Könül Abbasova Azərbaycan vətəndaşı olmadığı üçün nə nazirlik, nə səfirlik ona heç cür yardım göstərə bilməyəcək.


“Könül Abbasova Rusiya vətəndaşı olduğundan həmin dövlətin rəsmi qurumlarına müraciət etməlidir. Səfirlik və nazirlik bu məsələyə müdaxilə edə bilməz”, – Leyla Abdullayeva deyib.

***


Rusiyada azərbaycanlı vəkil qanunsuz yolla ölkəyə xariciləri gətirməkdə ittiham edilir

Rusiyanın Krasnoyarsk Vilayətində “Konsul” Vəkil Bürosuna və onun nümayəndəsi Günay Abbasovaya qarşı cinayət işi açılıb. Aprelin 26-da saxlanılan Günay Abbasovanı Rusiyaya qanunsuz yolla xarici vətəndaşları gətirməkdə ittiham edirlər.

Bildirilir ki, “Konsul” 2019-cu ilin noyabrı və bu ilin mart tarixlərində Rusiyaya qanunsuz yolla 52 xarici vətəndaş gətirib. Eyni zamanda, rəsmi orqanlara gətirilən qadınlar haqqında təhrif olunmuş məlumatlar verilib. Rusiya hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində məlum olub ki, mühacirlər sənədlərinin saxtalaşdırılması nəticəsində işə də düzəliblər.

Məlumatı Rusiyanın legal.report saytı yayıb.

Meydan TV təqsirləndirilən Günay Abbasovanın bacısı Samira Utmanseva ilə əlaqə saxlayıb.

Samira Utmanseva Günay Abbasovanın hazırda “ev dustaqlığı”nda olduğunu və avqustun ikinci yarısına qədər belə davam edəcəyini bildirib:

“Günay Abbasovanın əlinə elektron “bilərzik” yerləşdirdiklərindən evdən kənara çıxa bilmir. Ona internetə girmək, telefondan istifadə etmək qadağandır. Ona görə də o, Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət edə bilmir. Mən də hüquqi prosedurları bilmədiyimdən heç cür yardım edə bilmirəm. Sizin vasitəsinizlə Azərbaycanın Xarici İşlər Nazirliyinə, Moskvadakı səfirliyimizə müraciət edirəm ki, bacıma qarşı qanunsuz cinayət işinin açılması ilə maraqlanıb nəzarətə götürsünlər”.

Meydan TV Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva ilə əlaqə saxlamağa çalışsa da, alınmayıb.

Günay Abbasova 1982-ci ildə Krasnoyarsk vilayətində doğulub. O, Krasnoyarsk Aqrar Universitetinin hüquq fakültəsini bitirib, “Konsul” bürosunda vəkil işləyir.

Ailəlidir, 1 oğlu var.

qunay.jpg
Günay Abbasova haqqında qərardad
Ana səhifəSosial“XİN-dən xahiş edirəm bacıma qarşı açılan qanunsuz cinayət işi ilə maraqlansınlar” (yenilənib)