Xədicə İsmayılova: Məhkəmə dedi ki, islah olunmamısan

Xədicə İsmayılova: Məhkəmə dedi ki, islah olunmamısan

Binəqədi rayon Məhkəməsinin hakimi Abbas Rzayevin sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılın verdiyi şikayət ərizəsinə baxılıb. Jurnalist 2 il 3 ay şərti cəza ilə bağlı 5 illik sınaq müddətinin dayandırılmasını, məhkumluğun ləğv edilməsini xahiş edib. Hakim şikayəti təmin etməyib. Səbəb kimi jurnalistin islah olunmadığını bildirib. Jurnalist qərardan apellyasiya şikayəti verəcəyini deyib.

Araşdırmaçı jurnalist Xədicə İsmayılova 2014-cü ilin dekabrın 5-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə maddələri ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Ali Məhkəmə ona iki maddə üzrə bəraət verib, vergidən yayınma və qanunsuz sahibkarlıq maddələri üzrə 5 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəzaya məhkum edib. 2016-cı ilin iyununda Cinayət Məcəlləsinə edilən dəyişikliklər nəticəsində cəzası 5 il sınaq müddəti olmaqla 2 il 3 aya endirildi.

Xədicə İsmayılova 1 il 6 aya yaxın həbsdə olub. Cəzası şərti olmadığı halda, çəkiləcək həbs müddəti 9 ay idi.

2016-cı ilin mayında şərti azadlığa çıxandan bəri jurnalistin ölkədən çıxışına qadağa var və o, ayda bir dəfə Məhkəmə qərarlarının icrası və probasiya xidmətinə hesabat verir.

Ana səhifəVideoXədicə İsmayılova: Məhkəmə dedi ki, islah olunmamısan