Xədicə İsmayıl: Həmməruzəçilər hökumətdən addımları gözləyirlər

”Onlar bu dəfə əvvəlki səfərlərindən ümidli və nəticəyə köklənmiş görünürdülər”

Source:


”Onlar bu dəfə əvvəlki səfərlərindən ümidli və nəticəyə köklənmiş görünürdülər”

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şenak və Florin Preda sentyabrın 14-də jurnalist Xədicə İsmayılla görüşüblər.

Bu barədə Meydan TV-yə Xədicə İsmayıl özü məlumat verib.

Jurnalist bildirib ki, görüşdə ictimai-siyasi və medianın durumu müzakirə olunub.

O, görüşdə tək olub:

“Azərbaycan tərəfdən yalnız mən idim”.

Jurnalist bildirib ki, həmməruzəçilər bu dəfə əvvəlki səfərlərindən ümidli və nəticəyə köklənmiş görünürdülər:

“Mənə siyasi məhbusların azadlığa çıxacağı mövzusunda ümidli göründülər. Onlar hökumətdən addımları gözləyirlər”.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) sentyabrın 13-17-də Azərbaycanda səfərdə olacaqlar.

Səfər zamanı həmməruzəçilərin rəsmi və digər səviyyədə görüşləri gözlənilir.

Ana səhifəXəbərlərXədicə İsmayıl: Həmməruzəçilər hökumətdən addımları gözləyirlər