Xameneyi etirazların güclə yatırılmasını tələb edib

Həmin axşam Xameneyi Tehranın mərkəzində, özünə aid binada yüksək səviyyəli səlahiyyətlilərlə görüşüb.

Source: meydan tv


"1500 nəfərin öldürülməsi beynəlxalq insan hüquqları qruplarının göstərdiyi rəqəmlərindən xeyli yüksəkdir”

Keçən ay İranda günlərlə davam edən etirazlardan sonra Ali Rəhbər Ayətullah Əli Xameneyi ən yüksək təhlükəsizlik və hökumət rəsmilərini bir yerə toplayaraq göstəriş verib: “Onları dayandırmaq üçün lazım olanı edin”.

Bu əmrin verilməsi ali rəhbərə yaxın üç mənbə və bir məmur tərəfindən təsdiqlənib. Ardından İranda 1979-cu il İslam İnqilabından bəri etirazçılara qarşı ən qanlı basqını həyata keçirilib.

Noyabrın 15-də başlayan iki həftədən az davam edən iğtişaşlar zamanı 1500-ə yaxın insan həlak olub.

Daxili İşlər Nazirliyinin 3 rəsmisi tərəfindən təsdiq edilən ölü sayına ən az 17 yeniyetmə və 400-ə yaxın qadın, həmçinin təhlükəsizlik qüvvələrinin və polisin nümayəndələri daxildir.

“1500 nəfərin öldürülməsi beynəlxalq insan hüquqları qruplarının göstərdiyi rəqəmlərindən xeyli yüksəkdir”. “Amnesty İnternational” təşkilatının 16 dekabr tarixli hesabatında ölənlərin sayının ən az 304 olduğu bildirilir. ABŞ Dövlət Departamentinin “Reuters”-ə verdiyi açıqlamada qeyd edilir ki, etirazlarda 1000-dən çox iranlı öldürülmüş ola bilər.

“Reuters”-ə İran rəsmiləri tərəfindən təsdiqlənən rəqəmlər təhlükəsizlik qüvvələri, ölüxanalar, xəstəxanalar və saxlanma idarələrindən alınan məlumatlara söykənir.

Hökumət nümayəndələri əmrlərin Xameneyidən gəlib- gəlmədiyini təsdiqləməyib.

Benzinin qiymətinin gözlənilməz artması etirazların çıxış nöqtəsi olub və 1979-cu il İslam İnqilabından bəri İranın din xadimləri üçün ən böyük problemlərdən birinə çevirilib.

Noyabrın 17-də və etirazların ikinci günündə iğtişaşlar paytaxt Tehrana çatıb. İnsanlar ölkədə İslam Respublikasına son qoymağa və onun liderlərinin istefasına çağırış ediblər. Etirazçılar Xameneyinin şəkillərini yandırıblar və bunlar sosial mediada paylaşılan videolarda görünür. “Etirazçılat İranın devrilmiş Şahının sürgün edilmiş oğlu Rza Pəhləvinin ölkəyə qaytarılmasını tələb ediblər”, şahidlər bildiriblər.

Həmin axşam Xameneyi Tehranın mərkəzində, özünə aid binada yüksək səviyyəli səlahiyyətlilərlə görüşüb. Toplananlar arasında təhlükəsizlik üzrə köməkçilər, həmçinin, prezident Həsən Ruhani və onun kabinetinin üzvləri də olub.

“Reuters”in əldə etdiyi məlumatlara görə, ölkədəki bütün dövlət mövzularında son sözü söyləyən 80 yaşlı lider səsini yüksəldib və iğtişaşların idarə olunmasını tənqid edib. O, həmçinin rəsimlərinin yandırılması səhnələrindən rahatsız olduğunu bildirib və respublikanın mərhum qurucusu Ayətullah Xomeyninin heykəlinin yıxılmasından qəzəbləndiyini ifadə edib.

“İslam Respublikası təhlükə altındadır. Bunu başa çatdırmaq üçün lazım olanı edin. Əmr edirləm”,- o deyib.

Xameneyi deyib ki, nümayişləri dərhal dayandırmadığı təqdirdə toplanmış vəzifəli şəxslər məsuliyyət daşıyacaq. Toplantıya qatılanlar etirazçıların rejimi devirməyi hədəflədiklərini qəbul ediblər.

“Düşmənlər İslam Respublikasını devirmək istəyirlər və dərhal reaksiya tələb olunur”,- mənbələrdən biri deyib.

Noyabrın 17-də keçirilmiş iclas haqda məlumat verən dördüncü mənbə təsdiqləyib ki, Xameneyi nümayişləri yatırtmaq üçün güc tətbiq edilməsini tələb edib.

“İmamımız yalnız Allaha cavab verir. İnsanlara və İnqilaba əhəmiyyət verir. O, çox möhkəm idi və dedi ki, bu iğtişaşçılar əzilməlidir”.

Tehranın din xadimləri sürgündə olan rejim əleyhdarlarını, ölkənin əsas xarici düşmənləri olan ABŞ, İsrail və Səudiyyə Ərəbistanını iğtişaşları törətməkdə günahlandırırlar.

Xameneyi iğşaşları “çox təhlükəli sui-qəsd” kimi qiymətləndirib.

Dekabrın 3-də İranın dövlət televiziyasında yayımlanan xəbərdə təhlükəsizlik qüvvələrinin toqquşmalarda bəzi üsyançıları güllələdiyini təsdiqləyib. İran rəsmi olaraq ölüm hadisəsini qəbul etmir və rəqəmləri “spekulyativ” adlandırıb.

Ana səhifəDünyaXameneyi etirazların güclə yatırılmasını tələb edib