Xalq yazıçısı: Aydınlaşdırmaq və Tofiq Yaqublunu azad etmək lazımdır

“Mən, ümumiyyətlə, həbsdən daha yumşaq metodların tətbiqinin tərəfdarıyam”.

Source: google.az


Anar: “Mən istəməzdim ki, tanınmış siyasətçi, jurnalist və ya ictimai xadim həbsxanada otursun”

“ Tofiq Yaqublunun işinin detallarından xəbərim yoxdur, ona görə şərh vermək mənə çətindir. Hər halda, düşünürəm ki, aydınlaşdırmaq və imkan varsa, onu azad etmək lazımdır”.

Bu sözləri “Turan”ın sorğusunu cavablayan xalq yazıçısı Çingiz Abdullayev deyib. Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbsinə münasibət bildirən yazışı bildirib:

“Üstəlik, o, Qarabağ müharibəsi veteranıdır. Mən, ümumiyyətlə, həbsdən daha yumşaq metodların tətbiqinin tərəfdarıyam”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar isə Tofiq Yaqublunun məhkəmə prosesinin detalları haqda məlumatsız olduğunu deyib:

“Ona görə onun həbsini qiymətləndirə bilmərəm. Ancaq deyə bilərəm ki, mən istəməzdim ki, tanınmış siyasətçi, jurnalist və ya ictimai xadim həbsxanada otursun”.

Martın 22-də Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşya vasitəsiləzərəçəkmiş şəxsə zor tətbiq etmək, xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və həbs edilib. O, sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. Siyasi fəal hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Sentyabrın 12-də siyasi fəal hospitala köçürülüb. Vəkillərinin və yaxınlarının sözlərinə görə, T.Yaqublu artıq sudan da imtina edəcəyini deyib. Yaxınlarının sözlərinə görə, belə olarsa, onun hər an komaya düşə biləcəyi gözlənilir. Beynəlxalq təşkilatlar T.Yaqubluya qarşı ittihamların geri götürülməsini tələb edir, onun həbsini siyasi sifariş sayırlar. Bir çox avropa ölkəsində, Kanadada və Türkiyədə T.Yaqubluya dəstək aksiyaları keçirilir. 10 gündür bir qrup fəal Berlində, Almaniya kansleri Angela Merkelin ofisi önündə çadır quraraq aclıq aksiyası keçirir. Onlar T.Yaqublunun haqsız həbs olunduğunu, təcili azad olunmasını tələb edirlər.

Ana səhifəSiyasətXalq yazıçısı: Aydınlaşdırmaq və Tofiq Yaqublunu azad etmək lazımdır