Vyana

Mənbə: The Associated Press

Başlıq: Vyana

Vyananın mərkəzində silahlı hücum

Hadisə terror kimi qiymətləndirilir

Noyabrın 2-də Avstriyanın paytaxtı Vyana şəhərinin mərkəzində silahlı hücum olub. Hadisənin şəhərin mərkəzindəki bir sinaqoqun yaxınlığında baş verdiyi deyilir.

“Euronews” yazır ki, hadisə nəticəsində 3 nəfər ölüb, azı 14 nəfər yaralanıb. Məlum olan bir şübhəlinin isə ölü olaraq ələ keçirildiyi açıqlanıb.

Avstriyanın Daxili işlər naziri Karl Nehammer silahlı hücumu İŞİD-lə əlaqələndirib.

“Hazırda açıq terror hücumu ilə üz-üzəyik”, - Karl Nehammer deyib.

Avstriya polisi hazırda şəhər mərkəzində araşdırmaların davam etdiyini, biri polis olmaqla çoxlu sayda yaralının olduğunu açıqlayıb.

Silahlı hücumla bağlı bilinənlər bunlardır:

Uzun lüləli silah daşıyan bir neçə nəfər şəhərin 6 nöqtəsində polislə münaqişəyə girib;

Silahlılardan biri ölü ələ keçirilib;

3 ölü, çox sayda yaralı var;

Hücum “terror akt”ı olaraq dəyərləndirilir.

Avtriya kansleri Sebastyan Kruz da Vyananın mərkəzində törədilmiş hadisəni “mənfur terror hücumu” kimi dəyərləndirib. Əlavə edib ki, Avstriya polisi bu iyrənc terror aktını həyata keçirən şəxsləri axtarır.

Kruz “Twitter” hesabındakı paylaşımında ölkəsinin çətin saatlar yaşadığını bildirib və bu zaman ərzində gördükləri işə görə təhlükəsizlik əməkdaşlarına təşəkkür edib. Sonda isə həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

Polis əhalini ərazidəki ictimai məkanlara getməməyə, ictimai nəqliyyatdan istifadə etməməyə çağırıb.

Şübhəlilər, yaxud hücumun mümkün motivi haqda informasiya yoxdur.

Hadisənin məhz sinaqoq yaxınlığında baş verməsinə gəlincə, Vyanadakı yəhudi icmasının başçısı Oskar Döyç deyib ki, məhz sinaqoqun hədəfə alınıb-alınmadığı bəlli deyib. Onun “Kurier” qəzetinə bildirməsinə görə, yəhudi icması arasında qurban yoxdur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5yorz5

Ən çox baxılan