Vladimir Putin

Mənbə: arxiv

Başlıq: Vladimir Putin

Vladimir Putin: Azərbaycan və Ermənistan arasında maraqlar balansını tapmaq lazımdır

Məqalə yeniləndi:  29 Oktyabr 2020

Siyasi şərhçi: “Rusiya münaqişəyə müdaxilə etmək istəyir”

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin sadə həll variantının olmadığını bildirib.

Rusiya Prezidenti VTB Kapital investisiya forumunun plenar iclasında deyib ki, bu məsələdə hərənin öz həqiqəti var: “Burada sadə həll yoxdur. Dağlıq Qarabağ ətrafındakı münaqişənin həlli üçün Azərbaycan və Ermənistan arasında maraqlar balansını tapmaq lazımdır”.

O, Qarabağ nizamlanmasının ilkin mərhələsində hərbi əməliyyatları dayandırıb, masa arasına oturmağın lazım olduğunu söyləyib:

“Həmsədr ölkələr də daxil olmaqla, Minsk Qrupu üzvləri, Türkiyə və Avropa ölkələri ilə birgə tərəflər arasında konsesus və maraqlar balansını tapmaq lazımdır”.

Birinci Qarabağ münaqişəsinin başlanma tarixindən danışan Putin SSRİ rəhbərliyini günahlandırıb:

“Sovet rəhbərliyi birinci Qarabağ münaqişəsi başlayanda insanların təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyib”.

Siyasi icmalçı Rauf Mirqədirov Rusiya Prezidentinin balans dedikdə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyə çalışıb:

“Putin atəşin dayandırılması və Minsk Qrupunun hazırladığı təkliflər əsasında danışıqlara başlanılmasını vurğulayıb. Minsk Qrupunun təklifləri məlumdur, söhbət Madrid Prinsiplərindən gedir. Madrid Prinsiplərində bölgənin statusunun səsvermə yoluyla müəyyənləşməsi Azərbaycanın maraqlarına cavab vermir. İkinci Azərbaycanın maraqlarına cavab verməyən məqam ermənilərin Laçın dəhlizinin uzun müddət onların nəzarətində qalmasını istəməsidir. Artıq situasiya dəyişib və yeganə yol mənasız danışıqlara son qoyulması, ardınca da BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsidir. Bundan sonra statusla bağlı müzakirələr aparmaq olar”.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Mənbə: google.az

Rauf Mirqədirov Vladimir Putinin “Burada sadə həll yoxdur” fikrini belə şərh edib:

“Rusiya regionda yalnız özünün hərbi kontingentindən istifadə etmək istəyir. Bu, Azərbaycanın maraqlarına cavab vermir. Ümumiyyətlə, Rusiya Putinin diliylə olmasa da, münaqişəyə müdaxilə etmək istəyir və bunu gizlətmir də. Rusiya sərhədçilərinin oktyabrın 18-də Azərbaycan-Ermənistan sərhədində yerləşməsi buna misal ola bilər. Rusiya istəmir ki, kənar qüvvələr regionda möhkəmlənsin”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  29 Oktyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/olu86d

Ən çox baxılan