Vergi Məcəlləsinə dəyişikliklər: İçkilər və tütün məmulatları ilə bağlı vergi dərəcələri artırılır

Gələn ildən Azərbaycanda təbii inhisar subyektləri, xüsusi vergi rejimli müəssisələr, eləcə də işçilərinin sayı 251 çox olan, balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5 milyon manatdan çox olan vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınacaq.

Source:


Azərbaycanda istehsal olunan spirtli içkilər, tütün məmulatları, energetik içkilərə tətbiq edilən vergi dərəcələri dəyişdirilir

“Vergi Məsəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən, bu dəyişikliklər 2020-ci ildən qüvvəyə minəcək.

Dəyişikliyə əsasən, içməli spirt, araq, tündləşdirilmiş içkilər və likyorun hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün aksiz vergisi 2,5 manatdan 2,6 manata, adi şərabın hər litri üçün aksiz vergisi 0,1 manatdan 0,2 manata, spirtli pivənin hər litri üçün aksiz vergisi 0,2 manatdan 0,5 manata, nazik siqaretlərin 1 000 ədədi üçün aksiz vergisi 20 manatdan 31 manata, spirtli energetik içkilərin hər litri üçün aksiz vergisi 2 manatdan 2,1 manata, spirtsiz energetik içkilərin hər litri üçün aksiz vergisi 3 manatdan 3,1 manata dəyişdirilir.

Aksiz vergisi endirilən yeganə məhsul konyakdır. Konyakın hər litri üçün aksiz vergisi 6 manatdan 3,2 manata dəyişdirilir.

Ümumilikdə isə, 2020-ci ildən bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisinin tutulması təklif olunur.

Layihədəki digər müddəaya əsasən, Azərbaycanda vergi ödəyicilərinin mərkəzləşdirilmiş qaydada uçota alınması üçün tələblər konkretləşib. Hazırda qüvvədə olan qaydalara görə, mərkəzləşdirilmiş qaydada uçota alınma iri vergi ödəyicilərinə və xüsusi vergi rejimli müəssisələrə aiddir.

Gələn ildən Azərbaycanda təbii inhisar subyektləri, xüsusi vergi rejimli müəssisələr, eləcə də işçilərinin sayı 251 çox olan, balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5 milyon manatdan çox olan vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınacaq.

Məcəlləyə edilən digər dəyişiklik transmilli şirkətlərlə bağlıdır. 2020-ci ildən illik gəliri 750 milyon avrodan çox olan transmilli şirkətlərin Azərbaycandakı törəmələri qarşısına vergi orqanlarına hesabat vermə öhdəliyi qoyulacaq. Layihədə qeyd edilir ki, bu tələb Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomotlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədi ilə qoyulur.

Vergi Məcəlləsinə təklif edilən daha bir dəyişikliyə görə, bina tikintisi ilə məşğul olan şəxslər dövlətə müəyyən hissə təqdim etdikdə, həmin əmlakın satışından əldə olunan gəlirlər vergiyə cəlb olunmasın.

Sənaye və texnologiya parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddəti artırılır.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqından tutulan gəlir vergisi istisna olmaqla) qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ildən başlayaraq, 10 il müddətinə gəlir vergisindən azad ediləcək. Hazırkı qanunvericilikdə bu müddət 7 il nəzərdə tutulub.

Layihə parılamentin plenar iclasında müzakirəyə çıxarılacaq.

Ana səhifəİqtisadiyyatVergi Məcəlləsinə dəyişikliklər: İçkilər və tütün məmulatları ilə bağlı vergi dərəcələri artırılır