Hafiz Həsənov

Mənbə: Foto: arxiv

Başlıq: Hafiz Həsənov

Vəkil: Telefonundan SMS göndərilən atanın inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur

“Nazirlər Kabinetinin karantin qaydalarıyla bağlı qərarında çoxsaylı SMS-lərin göndərilməməsilə bağlı hansısa norma yoxdur”

Aprelin 7-də telekanallarda, xəbər saytlarında Ağdamdan olan, lakin Bakının Nərimanov rayonunda müvəqqəti məskunlaşan İlham Bəhramov və onun 12 yaşlı oğlunun görüntüləri yayıldı. Həmin görüntülər Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsində çəkilmişdi.

İddia olunur ki, İ.Bəhramovun mobil telefonundan aprelin 5-dən bu yana Azərbaycanda evdən çıxmaq üçün icazə alınan 8103 nömrəsinə bir gün ərzində 90-na yaxın SMS göndərilib. Buna görə də 18-ci polis bölməsinin əməkdaşları həm atanı, həm də uşağı saxlayaraq, bölməyə gətirib. Orada onların hər ikisini videoya çəkərək (uşağın üzü qrafika ilə örtülüb), həmin görüntüləri media orqanlarında yayımlayıb.

Daxili İşlər Nazirliyi özü də sosial şəbəkələrdəki səhifəsində həmin görüntüləri yayıb. Nazirliyin məlumatına görə, “məsuliyyətsiz davrandığına və xüsusi karantin rejimi qaydalarını pozduğuna görə İlham Bəhramov İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə cərimələnib. Amma cərimənin məbləği açıqlanmayıb.

Hüquq və İnkişaf Mərkəzinin rəhbəri, vəkil Hafiz Həsənov isə deyir ki, 12 yaşlı uşağın bu hərəkətinə görə mobil telefonun sahibi olan atasının inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur.

Vəkil bildirir ki, yaş həddinə çatmayanların törətdiyi qanun pozuntusuna görə valideynlər yalnız mülki-hüquqi məsuliyyət daşıyırlar:

“İndiki halda, bu əməli inzibati məsuliyyətə cəlb etmənin yaş həddinə - 16 yaşa çatmamış uşaq törədibsə, hətta atasının telefonuyla olsa belə, valideyn İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə məsuliyyətə cəlb oluna bilməz”.

H.Həsənov onu da qeyd edir ki, mobil telefondan 8103-ə çoxsaylı SMS-lərin göndərilməsi İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan tərkibi yaratmır:

“Nazirlər Kabinetinin karantin qaydalarıyla bağlı qərarında çoxsaylı SMS-lərin göndərilməməsilə bağlı hansısa norma yoxdur. Bu, analoji hal hesab edilib, karantin qaydalarının pozulması kimi qiymətləndirilə bilməz”.

Vəkil hesab edir ki, vətəndaşlara münasibətdə bu cür davranıb onları cərimələməkdənsə, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsindəki epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasının hansı əməllərdə ifadə olunması göstərilməli, ya da Məcəlləyə konkret maddələr əlavə edilməlidir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ekikbq

Ən çox baxılan