Vəkil: Milliyətçi Demokrat Partiyasının saxlanılan iki üzvü ilə görüşümə imkan vermirlər

O deyib ki, mayın 20-də idarədə olub, sənədlərini qəbul ediblər, sonra qaytarıb deyiblər ki, burada belə adamlar yoxdur

Source: meydan tv


''Bu, adam oğurluğu sayılır''

Azərbaycan Milliyətçi Demokrat Partiyasının Siyasi Şura üzvü, Qarabağ müharibəsinin veteranı İlyas Abdullayev və Yavər Mikayılov mayın 18-dən DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Vəkil Yavər Hüseyn onların yaxınları ilə müqavilə bağlasa da, saxlanılanlarla 4 gündür görüşə bilmir.

Bu barədə vəkil Meydan TV-yə danışıb.

O deyib ki, mayın 20-də idarədə olub, sənədlərini qəbul ediblər, sonra qaytarıb deyiblər ki, burada belə adamlar yoxdur:

“Ancaq İlyas Abdullayev və Yavər Mikayılovun idarədə saxlanıldığını bildiyimdən Respublika Baş Prokuroruna, Daxili İşlər Nazirinə və idarənin rəisinə rəsmi müraciət etdim və orderlərin surətlərini də əlavə etdim. Bildirdim ki, saxlanılan şəxslərin hüquqları tapdalandığımdan onlarla görüşüm təmin olunsun. Respublika Baş Prokurorluğundan müraciətimlə məşğul olduqları haqda cavab alsam da, hələ saxlanılanlarla görüşə bilməmişəm. DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən deyirlər ki, burda yoxdurlar. Amma dəqiq məlumatım var ki, ordadırlar”.

Yavər Hüseyn deyib ki, mayın 22-də o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən Nərimanov Rayon Məhkəməsinə şikayət verib:

“48 saat ərazində ya cinayət işi açılmalıydı, ya da sərbəst buraxılmalıydılar. Amma heç bir məlumat yoxdursa, bu, artıq adam oğurluğu sayıla bilər”.

Ana səhifəXəbərlərVəkil: Milliyətçi Demokrat Partiyasının saxlanılan iki üzvü ilə görüşümə imkan vermirlər